Daha bir erməni təxribatı...
Tarix: 10.03.2020 | Saat: 14:14:00 | E-mail | Çapa göndər


Tanınmış şair-publisist Etibar Vəliyevin Rusiyada çap etdirdiyi "Şairlər azad olmur" (Свободными поэты не бывают) kitabında Xocalı soyqırımı və Aprel döyüşləri ilə bağlı şeirləri erməni təxribatı nəticəsində nəşrdən çıxarılıb.
“Azərkitab Kitab Mərkəzin”də sözügedən və "Dəniz qoxulu misralarım" kitabının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Etibar Vəliyev özü məlumat verib.
Yazıçı bildirib ki, bu yaxınlarda "Şairlər azad olmur" (Свободными поэты не бывают) şeirlər toplusu gürcü tərcüməçi Giya Paçxataşvili tərəfindən rus dilinə tərcümə edilərək qonşu ölkədə nəşr olunmaq elektron formada göndərilib:
"Şeirlər kitabının rus dilində adı “Svabodnımi poetı ne bıvayut"dur. Kitabı Rusiyada çap etməyimin məqsədi Qarabağla, vətənpərvərliklə bağlı şeirlərimi orada yaşayan azərbaycanlılara və digər xalqlara çatdırmaq olub. Rusiyanın müxtəlif şəhərlərində 8 nəşriyyat evi kitabımın çapından imtina etdi. Sonuncu Tula şəhərində bir nəşrlər evi ilə müqavilə bağlamağa müvəffəq olduq. Müqavilə bağlanıb, kitab çap edildi. Sonda məlum oldu ki, kitabda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı, Aprel döyüşləri, şəhid anaları ilə bağlı “Qara yaylıq satmayın” şeirim çapdan çıxarılıb. Onalardan bunun səbəbini soruşanda “başımız ağramamaq üçün bunu etdik” dedilər.
E.Vəliyev sonda Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun müraciət edərək yenidən sözügedən kitabının çapına dəstək göstərmələrini xahiş edib.
Qeyd edək ki, təqdimat mərasimində iştirakçılar sözügedən kitabdan və şairin çoxşaxəli yaradıcılığından söhbət açıblar.
Sonda natiqlər də erməni təxribatı nəticəsində kitabdan çıxarılan 4 şeirin yenidən işıq üzü görməsi üçün Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən dəstək veriləcəyinə ümid etdiklərini dilə gətiriblər.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür
08.04.2020
Azərbaycan poeziyası Venesuela mətbuatında
08.04.2020
Qələbənin 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsi elan olunub
08.04.2020
Gənc rəssamların çəkdiyi rəsmlərin pulları koronavirusla mübarizəyə sərf ediləcək
08.04.2020
“İçərişəhər” DTMQ İdarəsinin yeni incəsənət-xeyriyyə layihəsi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
4 Azərbaycana gələn əcnəbilərin sayı artıb
5 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info