Almaniya qəzetində erməni işğalı haqqında məlumat verilib
Tarix: 10.03.2020 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


“Der Freitag” qəzetində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc edilib

Lukaşeviç: “Mənə elə gəlir ki, tərəflər siyasi tənzimləmənin parametrləri ilə bağlı ciddi müzakirələr aparmaq üçün əlavə imkanlardan istifadə etməyə çalışacaqlar”

“Meyn ştatında hər il Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq və erməni silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. İcmanın səyləri nəticəsində Meyn ştatının qanunvericiləri Xocalı soyqırımının anılmasına dair sənəd qəbul ediblər. Həmin sənəddə ABŞ-ın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi siyasəti müdafiə olunub”


Almaniyanın “Der Freitag” qəzetində azərbaycanlı doktorant Asif Məsimovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, tarixi faktlara əsaslanan məqalədə erməni tərəfinin arqumentlərinin əsassızlığı qeyd edilir. Azərbaycan tərəfinin mövqeyinin isə tarixi nöqteyi-nəzərdən və beynəlxalq hüquq baxımından əsaslı olduğu diqqətə çatdırılır.

ABŞ-ın Meyn ştatında Xocalıdan bəhs edən rəsm sərgi

Onu da qeyd edək ki, ABŞ-ın Meyn Ştatında "Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Meyndə fəaliyyət göstərən Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə gerçəkləşdirilən sərgidə Xocalı soyqırımı zamanı baş verənləri özündə əks etdirən 30 əsər nümayiş olunub. Rəsm əsərlərində Xocalıda vəhşiçəsinə öldürülən qadınlarin, qocaların və körpələrin obrazları canlandırılıb. Sərgidə yerləşdirilən məlumat lövhələrində ziyarətçilərə Xocalı soyqırımı haqqında informasiyalar təqdim edilib. Tədbirdə çıxış edən T.Əhmədov bildirib ki, Meyn ştatında hər il Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq və erməni silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. İcmanın səyləri nəticəsində Meyn ştatının qanunvericiləri Xocalı soyqırımının anılmasına dair sənəd qəbul ediblər. Həmin sənəddə ABŞ-ın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi siyasəti müdafiə olunub. İcma rəhbəri qeyd edib ki, məqsədləri – Xocalıda baş verən dəhşətləri daha çox amerikalıya çatdırmaqdır: "Ötən illər ərzində buna bir qədər nail olmuşuq. Ancaq davam edəcəyik. Bu sərgidə nümayiş olunan rəsmlərdə faciənin reallıqları əks etdirilib. İnanırıq ki, haqq səsimiz eşidiləcək, soyqırımı törədən canilər beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər". Misirin nüfuzlu “Alldiplomasy” nəşrində də Xocalı soyqırımından bəhs edən geniş məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, Əşrəf Abo Arafenin müəllifi olduğu “Ey dünya, ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri qırğını unutma!” sərlövhəli məqalədə bəşər tarixində ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımından ətraflı bəhs edilir. Müəllif yazır: “Bu faciə 28 il bundan əvvəl baş verib, lakin onun sağ qalmış şahidləri hələ də yas tuturlar, qaçqınlar və məcburi köçkünlər öz doğma evlərinə qayıda bilmirlər. Artıq 28 ildən çoxdur aparılan danışıqlara baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında gərginlik davam edir. Vəziyyət bu cür davam edə bilməz, Avropa İttifaqı, BMT və ATƏT Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün daha fəal olmalıdırlar”. Məqalədə Azərbaycanın Misirdəki səfirliyində keçirilən anım mərasimində təqdimatı olmuş “Xocalı soyqırımı və itirilmiş ədalət” sənədli filmindən də geniş bəhs olunub.

Ermənilərin növbəti təxribatı
Yeri gəlmişkən qeyd edək ki, Moskvanın Azərbaycan İcması Rusiyadakı erməni diasporunun növbəti təxribatı ilə əlaqədar Moskva hökumətinə və Rusiya Kinematoqrafçılar İttifaqına müraciət edib. APA-nın verdiyi məlumata görə, icma sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovskiyə və Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova göndərilən müraciətdə ermənilərin Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatının ləğv edilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, martın 11-də Vasilyevskaya küçəsində yerləşən Kino Evində keçirilməsi nəzərdə tutulan sənədli filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi təhrif olunub: "Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlıları tərəfindən işğal olunub. Nəticədə çoxlu sayda dinc azərbaycanlı həlak olub, milyondan çox insan evsiz-eşiksiz qalıb. Moskvanın Azərbaycan İcması adından sizdən xahiş edirik ki, Rusiyadakı erməni diasporunun çoxmillətli Rusiya cəmiyyətində qeyri-sabitliyə səbəb ola biləcək məlum təxribatının qarşısını almaq üçün tədbirlər görəsiniz". Qeyd edək ki, Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın hazırladığı “Qayıdış” adlı sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib. Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz "müstəqilliyi" və "azadlığı" uğrunda mübarizə aparmasından bəhs edilir. Xatırladaq ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan İcmasının Moskva hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsində vəziyyət sadə deyil"
Qeyd edək ki, dünən Moskva-Vyana videokörpüsündə çıxış edən Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, Dağlıq Qarabağ münaqişəsində vəziyyət yumşaq desək, sadə deyil. APA-nın məlumatına görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət və münaqişənin həlli prosesində yaxın vaxtlarda hansısa konkret tədbirlərin görülüb-görülməyəcəyi ilə bağlı sualı cavablandıran rusiyalı diplomat vəziyyətin sadə olmadığını bildirib. “Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündən sonra müşahidə etdiyimiz tendensiyalara gəlincə, bu haqda danışmaq mənim üçün hələlik çətindir. Mövzu mürəkkəb, çoxşaxəlidir. Bu mövzu ilə ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olur, regiona səfər edir, fəaliyyətdə olan sədrə məruzə edirlər. Yaxın vaxtlarda həmsədrlərin Minsk qrupu iştirakçılarını məlumatlandırmaq üçün Vyanaya səfərini gözləyirik. Əlbəttə ki, vəziyyət, yumşaq desək, sadə deyil. Ancaq böyük insidentlər yoxdur, silahlı fəaliyyət geridə qalıb. Fikrimcə, bunu ATƏT daimi şurasında müzakirələrlə mühakimə edə bilərəm. Münaqişə tərəfləri arasındakı mübahisə bir az soyuyub. Mənə elə gəlir ki, tərəflər siyasi tənzimləmənin parametrləri ilə bağlı ciddi müzakirələr aparmaq üçün əlavə imkanlardan istifadə etməyə çalışacaqlar. Sizi də bütün 57 iştirakçı dövlətin dəstəyindən istifadə edən ATƏT-in Minsk qrupu həmsədrləri "üçlüyünün" razılaşdırılmış bəyanatlarına yönləndirərdim” - deyə A. Lukaşeviç vurğulayıb.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11484

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info