Koronavirus “Barselona“ya 6 milyon avro ziyan vuracaq
Tarix: 11.03.2020 | Saat: 00:46:00 | E-mail | Çapa göndər



Çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli" ilə oyunun azarkeşsiz keçirilməsi "Barselona"ya baha başa gələcək.

Apasport.az saytının məlumatına görə, boş tribunalar önündə oynamaq Kataloniya klubuna 6 milyon avro ziyan vuracaq.
Bunu İspaniya çempionunun prezidenti Xosep Bartomeu deyib. O bildirib ki, buna baxmayaraq, koronavirus epidemiyası ilə bağlı UEFA-nın matçı bağlı qapılar arxasında keçirmək qərarını dəstəkləyirlər: "Oyunu azarkeşsiz keçirmək bizə 6 milyon avro ziyan vuracaq. Təəssüf ki, bu hal bütün dünya futboluna, azarkeş marağına mənfi təsir göstərəcək. Ancaq sağlamlıq baxımından düzgün qərardır. Biz bu virusun həlli üçün birgə məsuliyyət daşımalıyıq".
Qeyd edək ki, "Barselona" - "Napoli" oyunu martın 18-də keçiriləcək. Bu komandalar arasında İtaliyada baş tutan ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Dibala və onun sevgilisində yenidən koronavirus aşkarlanıb
05.04.2020
“Liverpul“ işçilərini tətilə göndərdi
04.04.2020
“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxub
03.04.2020
“Borussiya“nın stadionu tibbi mərkəz kimi fəaliyyət göstərəcək
03.04.2020
“Zirvə Astara” klubu basketbol üzrə Azərbaycan çempionu elan edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info