İbrahimbəyovun siyasi diletantlığı yenə qıcqırdı
Tarix: 30.09.2013 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Seçki ərəfəsində radikal müxalifətin uğursuzluqları və gücsüzlükləri açıq göründükcə onun nümayəndələri daha da aqressivləşir. Bu arada isə onsuz da bir “siyasətçi” kimi müxalifətdə də autsaytda qalan Rüstəm İbrahimbəyov yenə danışıb.
“Millişura”nın sədri Rüstəm İbrahimbəyov teledebatlarda iştirak edən digər prezidentliyə namizədləri “qondarma” adlandırıb və “qul psixologiyasından o yana keçmədiklərini” iddia edib.
Özü bir layihə olan birisinin digərlərini “qondarma” adlandırması ən azından həyasızlıq adlandırıla bilər. Hamı, o cümlədən “milli şura”dakılar da yaxşı bilirlər ki, Rüstəm İbrahimbəyov və “milli şura” Rusiyanın müəyyən dairələrinin uğursuz bir layihəsi idi və baş tutmadı. İndi bu layihə dilə gəlib başqalarını layihə olmaqda ittiham edir. Bu namizədlər öz xalqının qullarıdır və bununla fəxr etmək də olar. Bəs sən kimin qulusan, kimə xidmət edirsən? Səni bu xalqla bağlayan nədir? Bu xalq üçün nə etmisən? Rüstəm İbrahimoviç, nə vaxt bu sualları cavablandıra bilsən, o vaxt da danışmaq hüququn tanına bilər.
Rüstəm İbrahimbəyov C.Həsənlini “xalqın lideri” adlandırarkən, yəqin, rus “Vodka”sını qədərindən çox içib. Həm də belə görünür ki, R.İbrahimbəyovun siyasi diletantlığı aşıb-daşaraq artıq bərq vurur. Bu adamlar hələ də başa düşə bilmirlər ki, C.Həsənli vaxtilə məqam düşən kimi indiki iqtidarın siyasətini böyük canfəşanlıqla təbliğ edib. Növbəti dəfə deputat mandatı əldə edə bilmədikdən sonra öz mövqeyini dəyişərək radikal müxalifətə qoşulub. Ona görə də əvvəl “cəbhəçi”, sonra isə az qala YAP-ın üzvü olmağa hazırlaşan, ondan daha sonra yenidən radikal müxalifətə üz tutmaqla, siyasi əqidəsini paltar kimi asanlıqla dəyişən bir adam necə xalqın lideri ola bilər? Beləliklə, C.Həsənli özünü İ.Qəmbərin və Ə.Kərimlinin “oduna” atmaqla çətin duruma salıb. Amma bir şey dəqiq məlumdur ki, o, “milli şura”nın namizədi olmağa razılıq verdiyinə görə indi çox peşmandır. Düşünür ki, nəyimə lazım idi “milli şura”nın namizədliyi, indi ayda 2000 manat pensiyamı alırdım, xarici ölkələrə səfərlər etməklə, kitab yazmaqla məşğul olurdum və s.Artıq çox gecdir, Cəmil Həsənli!
Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info