Kaspersky: Azərbaycanlı istifadəçilər şəbəkə ilə müqayisədə daha çox lokal təhlükələrlə qarşılaşıblar
Tarix: 11.03.2020 | Saat: 10:51:00 | E-mail | Çapa göndər


“Kaspersky” şirkətinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda hər iki istifadəçidən biri lokal təhdidlərlə üzləşib (yəni kompüterlərdə və ya daşıyıcılarda aşkarlanan). O cümlədən, təhdidlərə 52% ev istifadəçiləri və 38% korporativ istifadəçilər məruz qalıb. İnternetdən yoluxma riski ilə isə ev istifadəçilərinin 21%, korporativ istifadəçilərin isə 13% qarşılaşlb.
Mobil təhlükələrdən ən təhlükəlisi maynerlərdir, bu tip zərərli proqramların hücumuna məruz qalan istifadəçilərin payı 4% təşkil edib. Bundan əlavə, 2019-cu ildə “Kaspersky” həlləri təxminən 600 min fişinq saytlarına keçid cəhdinin qarşısını alıb.
"Məlumatlarımızdan göründüyü kimi, internetə qoşulmayan qurğular heç də zərərli proqramlardan avtomatik qorunmuş olmurlar. 2019-cu ildə Azərbaycanda bu cür təhdidlərin böyük payı korporativ sektorda aşkar edilmişdir. Çox vaxt bu kimi hallar, işçilərin əsas təhlükəsizlik qaydalarını bilməmələri nəticəsində baş verir. Bu risklərin qarşısını almaq həm mövcud, həm də yeni təhlükələri tanıyan güclü texnoloji imkanlara malik etibarlı qoruyucu həll vasitəsilə mümkündür. Bundan başqa, təşkilatlar işçiləri rəqəmsal gigiyena qaydaları haqqında məlumatlandırmaq üçün vəsait ayırmalıdırlar”, - bunu “Kaspersky” şirkətinin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov deyib.

Kiber təhdidlərdən qorunmaq üçün «Kaspersky» aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
• şübhəli mənbələrdən gələn məktublar, mesajlar və ya SMS-lərdəki linklərə keçməyin;
• əməliyyat sistemi və tətbiqləri üçün mütəmadi olaraq yeniləmələri quraşdırın;
• tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin;
• hesablar üçün mürəkkəb və fərqli şifrələrdən istifadə edin;
• vacib məlumatları müntəzəm olaraq cihazınızdan bulud, USB və ya sabit disklərə kopyalayın;
• Tətbiqlərin yalnız lazım olan funksiyalara girişinə icazə verin;
• “Kaspersky Internet Security” kimi etibarlı qoruyucu həll quraşdırın.

Bundan əlavə, şirkətlərə işçilərin kiber savadlılığını artıran təlimlər keçirmək tövsiyə olunur. Məsələn, «Kaspersky ASAP» avtomatlaşdırılmış platforması
təhlükəsiz davranış bacarıqlarını inkişaf etdirməyə və davamlı vərdişlər yaratmağa kömək edir. Bu həll, işçinin kibertəhlükəsizlik sahəsindəki cari biliklərini qiymətləndirməyə, iş vəzifələrinə və risk profilindən asılı olaraq ehtiyac duyduğu bacarıqlar toplusunu müəyyən etmək üçün qrafik təyin etməyə imkan verir.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
107 yaşlı qadın koronavirusdan sağaldı
09.04.2020
Ən çox mənfi obraz canlandıran aktyorların adı açıqlanıb
09.04.2020
Ukraynada karantin dövründə evlənən cütlüklərin sayı artıb
08.04.2020
Niyə koronavirusdan ölənlərin çoxu kişilərdir?
08.04.2020
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info