“Prezident ölkə mediasına və jurnalistlərə böyük maddi və mənəvi dəstək verir”
Tarix: 30.09.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Səfər Alışarlı:
“İnanıram ki, jurnalistlər, onların ailələri və dostları da 9 oktyabrda məhz İlham Əliyevə səs verəcəklər”
Azər Həsrət:
“Mediaya dövlət dəstəyinin getdikcə artması, davamlı və dayanıqlı xarakter alması da Prezidentin xidmətidir”

Azərbaycan Prezidenti İlham Əliyevin bu il media işçiləri arasında keçirilən sorğu əsasında jurnalistlərin dostu seçilməsi cəmiyyətdə təqdirlə qarşılandı. Prezidentin jurnalistlərin dostu olmasını şərtləndirən çoxlu amillər var.

Son illərdə mediaya dövlət dəstəyi konsepsiyasından irəli gələn hərtərəfli - maddi, texniki və sair dəstəyin göstərilməsi, hər il qəzetlərə vəsaitlərin artırılması, jurnalistlər üçün ildə bir neçə dəfə dövlət tərəfindən ayrıca müsabiqələr keçirilməsi və sair tədbirlər bunun bariz nümunəsidir. Ən əsası isə, Prezident jurnalistlərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdıırlması ilə bağlı media işçiləri üçün təmənnasız və yüksək keyfiyyətli binalar tikintisinə göstərilş verdi ki, nəticədə bu il 156 jurnalist ailəsi mənzillə təmin olundu. Bu xeyirxah və vacib missiya yenə də davam edir və artıq 2015-ci ildə ikinci və daha çoxmənzilli bina da jurnalistlərə hədiyyə ediləcək. Bundan başqa son illərdə İKT-nin sürətli inkişafı müstəvisində online medianın sürətli inkişafı da medianın inkişafı və fikir plüralizminin yayılma vasitələrinin daha da modernləşməsinə səbəb olub ki, burada da Prezidentin xüsusi təşəbbüsləri və diqqəti var. Bütün sadalanan və sadalanmayan məqamlar Prezidentin jurnalistlərin dostu olmasını çox gözəl bir şəkildə əsaslandırır. Elə qəzetimizə bu barədə fikirlərini bildirən media təmsilçiləri və ictimaiyyət nümayəndələri də eyni cür düşünürlər.


“Prezident İlham Əliyevin daha bir dəfə jurnalistlərin dostu seçilməsi təbii və anlaşılandır. Çünki bir çox jurnalistlərin sosial problemlərinin həll edilməsində, özəlliklə də bu il Azərbaycan jurnalistika tarixində bir ilkə imza atan məhz cənab Prezident İlham Əliyevdir”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist Səfər Alışarlı “Palitra”ya açıqlamasında bu barədə fikirlərini belə bildirdi: “Mən Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini alqışlayıram. Çünki Prezident İlham Əliyev ölkə mediasına və jurnalistlərə böyük maddi və mənəvi dəstək verir”. Son on ildə medianın inkişafı ilə bağlı çoxsaylı tədbirlər həyata keçirildiyini bildirən S.Alışarlı belə dedi: “Hər şey müqayisədə daha yaxşı görünür. Bu baxımdan Azərbaycanda son illər jurnalistikanın inkişafı ilə bağlı dövlət başçısı tərəfindən həyata keçirilmiş çox mühüm tədbirlər olub. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, qəzetlərin borcları silinir və sair. Jurnalistlərə mənzillərin verilməsi isə ölkədə hər kəsi sevindirir.
Mən inanıram ki, jurnalistlər, onların ailələri və dostları 9 oktyabrda məhz İlham Əliyevə səs verəcəklər”.
“Palitra”ya mövzu ilə bağlı fikirlərini bildirən Cənubi Qafqaz və Mərkəzi Asiya Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət qeyd etdi ki, Prezidentin jurnalistlərin dostu seçilməsi jurnalistlərin verdiyi çox düzgün qərardır: “Prezident İlham Əliyevin daha bir dəfə jurnalistlərin dostu seçilməsi təbii və anlaşılandır. Çünki bir çox jurnalistlərin sosial problemlərinin həll edilməsində, özəlliklə də bu il Azərbaycan jurnalistika tarixində bir ilkə imza atan məhz cənab Prezident İlham Əliyevdir. O, 156 jurnalisti təmənnasız mənzillə təmin etməklə təbii ki, jurnalistlərin özünə qarşı rəğbətini artırmalıydı və artırdı da. Bundan başqa, mediaya dövlət dəstəyinin getdikcə artması, davamlı və dayanıqlı xarakter alması da məhz cənab Prezidentin xidmətidir. Ona görə də onun yenidən qalib çıxaraq jurnalistlərin dostu seçilməsi ciddi əsaslara söykənir. Fürsətdən istifadə edib cənab Prezidenti bu uğur münasibətilə təbrik etmək istərdim”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Komitə sədri: “Məktəblərdə maarifləndirmə işləri ön planda olmalıdır“
21.11.2019
Oruc Zalov: “Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub”
21.11.2019
ABŞ maraqlarına uyğun olmayan “Silahlara Nəzarət“ razılaşmalarını imzalamayacaq
21.11.2019
“ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq“
20.11.2019
“Milli qaunvericiliyimiz uşaqları qoruyur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info