TRT-nin baş direktoru mükafatlandırılıb
Tarix: 30.09.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Atatürk Mərkəzində Mətbuat Şurası, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Avrasiya Beynəlxalq Mətbuat Fondu TRT-nin baş direktoru İbrahim Şahini türk dünyasına göstərdiyi xidmətlərə və TRT AVAZ kanalının iş fəaliyyəti, göstərdiyi nailiyyətləri münasibətilə "Türk dünyası üstün mükafatı" ilə təltif edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, millət vəkilləri Qənirə Paşayeva, Nizami Cəfərov tədbirdə iştirak edib.
Q. Paşayeva bildirib ki, TRT-də Azərbaycanla bağlı 13 mindən artıq xəbər, 1000-ə yaxın 30 dəqiqəlik material təqdim olunur: "Eyni zamanda TRT AVAZ 4 saat Azərbaycan üçün efir vaxtı ayırır. İbrahim Şahin Qarabağı görməsə də, ora ilə bağlı çoxlu materiallar hazırlayıb ictimaiyyətə təqdim edir. Onu qarabağlı adlandırmaq olar". Ə.Amaşov isə çıxışında qeyd edib ki, TRT-nin Azərbaycandakı statusu milli televiziyalardan - AzTV, İctimai TV-dən fərqlənmir: “TRT həm mənəvi, həm də hüquqi baxımdan bizim kanaldır. Bizim bütün sahələrimiz həmin kanalda işıqlandırılıb. O, bizi türk dünyasına və dünyaya tanıdır”. Tədbirin sonunda mükafatlandırma olub.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info