Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib
Tarix: 30.09.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Milli Məclisin 2013-cü il payız sessiyasının ilk iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq Azərbaycanın sosial-iqtisadi inkişafından danışmış, bu inkişafda parlamentin rolunu da qeyd edib.
Bildirilib ki, ötən sessiyada Milli Məclisin 15 plenar iclası keçirilib, 171 qanun layihəsi, o cümlədən bəzi qanunlara əlavə və dəyişikliklər qəbul olunub. Deputatlar dünyanın 34 ölkəsinə 84 səfər edib, Milli Məclisdə müxtəlif dövlətlərdən gəlmiş 70 nümayəndə heyəti qəbul edilib. Cari məsələlərin müzakirəsi zamanı deputatlar ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi, Bakı şəhərinin statusu, birinci qrup əlillərin təhsil haqqından azad olunması ilə bağlı qanun layihələrinin hazırlanmasını təklif ediblər. İclasın gündəliyi haqqında məlumat verən O.Əsədov Milli Məclisin müzakirəsinə 41 qanun layihəsinin çıxarıldığını bildirib. Əvvəlcə payız sessiyanın qanunvericilik işləri planı təsdiqlənib. Sonra deputatlar bir sıra beynəlxalq sənədləri müzakirə edərək qəbul ediblər. İclasda, həmçinin bir sıra qanunlara dəyişikliklər qəbul edilib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info