“Siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi demokratiyanın inkişafına nümunədir”
Tarix: 12.03.2020 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Əhməd Abbasbəyli: Parlamentə yeni rəhbərlərin seçilməsi plüralizmə, yeni siyasi münasibətlərin yaranmasına, ümumiyyətlə ölkənin ictimai-siyasi proseslərinə müsbət təsir edəcək”

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası yeni rəhbərliyin seçilməsi ilə də yadda qaldı. Prezident İlham Əliyev Milli Məclisinin ilk iclasında qeyd etdi ki, parlamentin yeni tərkibi aydın göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də böyük zərurət var idi: “Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır”.
Yeni parlamentin qurulması ölkə ictimaiyyəti tərəfindən də müsbət qarşılanıb. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli “Palitra”ya bildirib ki, 2019-cu ilin sonu, 2020-ci ilin əvvəli ölkəmizin siyasi həyatında çox maraqlı və diqqəti cəlb edən hadisələrlə zəngin olub. O qeyd edib ki, Prezident tərəfindən həyata keçirilən islahatlar siyasi iradənin təzahürdür: “Yeni parlamentin iclasında heç kimin gözləmədiyi halda bütün rəhbərlik tamamilə dəyişdi. Yeni kadrların irəli çəkilməsi, parlamentdə yeni abı-havanın olmasına işarədir. Azərbaycan parlamentinə qadın rəhbərin seçilməsi həm cəmiyyətə, həm də beynəlxalq aləmə mesajdır. Artıq parlamentdə yeni nəfəs, yeni fəaliyyət ortaya qoyulacaq. Yeni müavinlər də cəmiyyətin kifayət qədər tanıdığı insanlardır. Onlar uzun müddət parlamentdə təmsil olunublar.
Maraqlıdır ki, ilk dəfə olaraq parlamentdə rəhbərliyə yalnız hakim partiyanın nümayəndələri deyil, azlıqda olana partiyaların da nümayəndələri seçiliblər. Bildiyimiz kimi, Fəzail İbrahimli hakim partiyanın üzvü deyil və parlament sədrinin müavini kimi onun orada olmağı digər siyasi partiyaların da daha fəal olmasına stimuldur. Ümumiyyətlə, YAP-dan başqa digər partiya nümayəndələrinə bu cür etimad göstərilməsi çox müsbət göstəricidir. Bu, parlamentdə plüralizmə, yeni siyasi münasibətlərin yaranmasına, ümumiyyətlə ölkənin ictimai-siyasi proseslərinə müsbət təsir edəcək”.
Yeri gəlmişkən, Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında müntəzəm dialoq mövcuddur. Prezident Administrasiyasının yeni strukturunda yaradılan müvafiq şöbə tərəfindən ayrı-ayrı partiya, o cümlədən müxalifət partiyalarının nümayəndələri ilə keçirilən görüşlər bunu bir daha aydın göstərir. Əhməd Abbasbəyli bu məsələyə də münasibət bildirərək deyib ki, yeni demokratik münasibətlər sərgilənir: “Prezident Administrasiyasında siyasi partiya rəhbərləri ilə görüşlərinin keçirilməsi demokratiyanın inkişafına nümunədir. Mətbuatda verilən məlumatlara görə, artıq siyasi partiyalarla əlaqələr saxlanılır. Artıq 50-ə yaxın partiya ilə görüşlər keçirilib. Hətta ən radikal partiya rəhbərlərinin Prezident Administrasiyasına dəvət olunması, onlarla görüşlərin keçirilməsi yeni münasibətlərin yaradılmasına mesajdır. Onlarla yeni münasibətlər çərçivəsində hər hansı məsələnin müzakirə edilməsi çox vacib məqamdır. Bu, onu göstərir ki, beynəlxalq səviyyədə, demokratik dövlətlərin siyasi münasibətlərini Azərbaycanda qurmağa başlamışıq. Yəni siyasi əqidəsindən asılı olmayaraq insanlar hər hansı məsələni müzakirə edə bilərlər, o cümlədən milli məsələdə vahid mövqedən çıxış edə bilərlər. Düşünürəm ki, belə münasibətlərin qurulması çox önəmlidir. Ümid edirəm ki, bu münasibətlər davam edəcək. Bütün bunlar həm ölkənin inkişafına, həm demokratiyanın inkişafına, ümumiyyətlə, Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına effektiv təsir edəcək”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı
28.03.2020
“Cəzaçəkmə müəssisələrində koronavirusa qarşı bütün qoruyucu tədbirlər görülür“
28.03.2020
Azərbaycan epidemiyanın qarşısını almaq üçün fəal tədbirlər həyata keçirir
27.03.2020
QHT rəhbəri əhalini #evdəqal kampaniyasına qoşulmağa səslədi
27.03.2020
Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info