Ruhani Obama ilə görüşdən imtina etməsinin səbəbini açıqlayıb
Tarix: 30.09.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhani ABŞ-a beş günlük səfərindən məmnun qalıb. H.Ruhani bildirib ki, bu səfər İranla dünya ölkələri arasında konstruktiv qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm addım oldu:
“Bu istiqamətdə mühüm addımlardan birinin ABŞ və İran xalqları arasında əlaqələrin düzəlməsi olacaq. İki xalqın bir-birini tanıması üçün səylər davam etdiriləcək. Gərginliklərin artmasının qarşısının alınması və onun azaldılması üçün ABŞ və İran xalqlarının əlaqələrinin inkişaf etdirilməsi istiqamətində daha sonra addım atılacaq. Daha sonra isə iki ölkənin mənafeyinin qorunması çərçivəsində razılığın əldə olunması mövzusunda səylər davam etdiriləcək”. İran prezidenti deyib ki, xarici siyasətdə dəyişikliklər xalqın milli tələbləri istiqamətindədir: “İranın ali dini liderinin siyasəti çərçivəsində xalqın istəklərinin tətbiqedicisi olacam, İran xalqına və xarici siyasətdə dəyişikliklərə əsaslanan öhdəliklərə bağlı qalacam. ABŞ səfəri və oradakı proqramlarım İranın mövqeyi baxımından yaxşı bir fürsətdir. İrandakı seçkilər dünyanın bu ölkəyə olan baxışını dəyişdirdiyi və rəsmi Tehranın haqqı istiqamətində gözəl mesajların alındığı yaxşı bir mühit oldu”. H.Ruhani həmçinin ABŞ prezidenti Barak Obama ilə telefon danışığının əsl mehvərinin də İranın nüvə haqlarının qorunması çərçivəsində olduğunu vurğulayıb: “Bu telefon danışığı Ağ Evin tələbi ilə həyata keçirildi. Nyu-York səfərinin ilk günümdən etibarən amerikalıların görüşmək tələbləri gündəmə gəldi. ABŞ mətbuatının bu tələbi rədd etməyi rəsmi Vaşinqtonun, ABŞ-ın alçaldılması şəklində şərh etməsi doğru deyil. İki prezidentin görüşü üçün bəzi hazırlıqlar lazımdır. Bu hazırlıqlar görülmədiyi üçün tələbi rədd etmək məcburiyyətində qaldım. ABŞ-ı tərk etməzdən əvvəl B.Obama ilə telefon danışığı da Ağ Evin tələbi əsasında reallaşdı və görüşdə xüsusilə İranın nüvə məsələsi ətrafında fikir mübadiləsi aparıldı”.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
10.12.2019
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10.12.2019
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
10.12.2019
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10.12.2019
Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info