Litvanın beyin mərkəzi: “Azərbaycan regionun ən stabil və uğurlu dövlətinə çevrilib”
Tarix: 30.09.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Yustas Sireyka: “Bu il baş tutacaq seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi şübhə doğurmur”

Litvanın “Ronald Regan House” beyin mərkəzi “Cənubi Qafqaz 2008-2013: Gürcüstan, Ermənistan və Azərbaycanda iqtisadi və siyasi inkişaf” adlı hesabat yayıb. “Ronald Regan House” beyin mərkəzinin direktoru Yustas Sireykanın (Justas Sireika) müəlliflik etdiyi hesabat mərkəzin rəsmi veb səhifəsində dərc edilib. Hesabatda hər üç Cənubi Qafqaz dövlətində son beş ildə müşahidə edilən iqtisadi və siyasi vəziyyət təhlil edilir, bu ölkələrdə baş verməkdə olan əsas proseslərin hazırkı durumuna və gələcək inkişaf perspektivlərinə nəzər salınır.
Hesabatın birinci hissəsində Cənubi Qafqaz dövlətlərinin iqtisadi durumu ətraflı şəkildə təhlil edilir. Müəllif qeyd edir ki, dünya maliyyə böhranının təsiri ilə Gürcüstan və Ermənistanda iqtisadi geriləmə yaşansa da, Azərbaycan nəinki özünü böhranın mənfi təsirlərindən qoruya bildi, hətta son illər ərzində beynəlxalq səviyyədə önəmli sərmayəçiyə çevrildi. Hesabatın Ermənistan iqtisadiyyatından bəhs edən “Ermənistan: Borc və pul köçürmələri iqtisadiyyatı” başlıqlı bölməsində ölkənin iqtisadi problemlərindən danışılır, 2009-cu il böhranı dövründə ölkənin ümumi daxili məhsulunun 14% azaldığı qeyd edilir. Bu ölkənin Türkiyə ilə tarixi mübahisələri və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etməsi səbəbindən iqtisadi təcrid vəziyyətində qaldığını vurğulayan müəllif, nəticədə Ermənistanın Rusiyanın yardımlarından və xaricdə, əsasən də, Rusiyada işləyən erməni miqrantların göndərdiyi vəsaitlərdən asılı vəziyyətə düşdüyünü qeyd edir. İqtisadi böhran bu ölkənin ixracı ilə idxalı arasındakı disbalansı artırıb və illik cari əməliyyat kəsirinin - 15,8%-ə çatmasına səbəb olub. Müəllifin fikrincə, Ermənistanın iqtisadi çətinlikləri daha çox siyasi məsələlərin nəticəsidir - Türkiyə və Azərbaycanla münasibətlərini korlayan ölkə iqtisadi təhdidlərə açıq və Rusiyanın yardımlarına möhtac vəziyyətdə qalıb. Hesabatın “Azərbaycan: Tənəzzül dövründə inkişaf” adlanan bölməsində dünyanın iqtisadi tənəzzül yaşadığı bir dövrdə ölkənin neft gəlirlərindən səmərəli şəkildə istifadə etməklə iqtisadi inkişafını davam etdirdiyi, 1 milyondan çox qaçqın və məcburi köçkünn olmasına baxmayaraq, əhalinin yaşayış səviyyəsinin xeyli yüksəldiyi qeyd edilir. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı illik orta hesabla 14% inkişaf edib, ÜDM-in 65%-i həcmində xarici valyuta ehtiyatı yaradılıb. Neft gəlirlərinin toplandığı Neft Fondunun vəsaitlərindən ölkədə irihəcmli infrastruktur layihələrinin reallaşdırılması və xarici ölkələrə sərmayələrin yatırılması üçün istifadə edilir. 2012-ci ildə Neft Fondunun investisiya portfelinin həcmi 34 milyard ABŞ dollarına çatıb. Müəllif vurğulayır ki, Azərbaycan hökuməti sürətli iqtisadi inkişafdan ölkədə yoxsulluğun azaldılması üçün uğurla istifadə edib, 2001-ci ildə 49%-dən olan yoxsulluq səviyyəsi 2012-ci ildə 6%-ə enib. Aparılan siyasət Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksəldib, son açıqlanan “Dünya İqtisadi Forumu”nun “Qlobal rəqabət qabiliyyətlilik 2013-2014” reytinqinə əsasən Azərbaycan 144 ölkə arasında 39-cu mövqeni tutub. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində işlər aparılır və hökumət qarşıdakı onillik ərzində qeyri-neft iqtisadiyyatının iki dəfə böyüməsinə nail olmağı planlaşdırır. Bu istiqamətdə informasiya və kommunikasiya texnologiyalarının inkişafına xüsusi fikir verilir və kosmik proqram həyata keçirilir. Həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat qovşağına çevrilməsi istiqamətində işlər aparılır, tikintisi yekunlaşmaq üzrə olan Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə Türkiyə, Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat sisteminin Avropanın nəqliyyat sistemi ilə əlaqələndirilməsi planlaşdırılır. Regiondakı iqtisadi vəziyyətin təhlili ilə bağlı fikirlərini yekunlaşdıran müəllif qeyd edir ki, iqtisadi problemlərini xarici borclar hesabına həll etmək istəyən Ermənistanın bu strategiyası nəinki özünü doğrultmayıb, əksinə, nəhəng xarici borcun yığılmasına gətirib çıxarıb. Gürcüstan son illər yaşadığı iqtisadi problemləri maliyyə konsolidasiyası və xarici sərmayələrin cəlb edilməsi yolu ilə həll etməyə çalışsa da, ölkə iqtisadiyyatında kifayət qədər problemlər qalmaqdadır. Hesabatın ikinci hissəsi hər üç Cənubi Qafqaz ölkəsinin daxili və xarici siyasi həyatında baş verməkdə olan əsas siyasi proseslərinin təhlilinə həsr edilib. Hesabata əsasən Azərbaycan öz resurslarından istifadə etməklə müstəqil xarici siyasət yeritməkdədir. Müəllif vurğulayır ki, ölkədəki bu siyasi və iqtisadi strategiya 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri davam etməkdədir və “Azərbaycanda bu il baş tutacaq seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi şübhə doğurmur.” Qeyd edildiyi kimi, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda Rusiya, İran, Türkiyə və ABŞ kimi qonşu və böyük dövlətlərlə münasibətləri balanslaşdırmağa və ölkədə iqtisadi inkişafa nail olmağa əsaslanan siyasət həyata keçirilməyə başlanıb. Müəllifin fikrincə, uğurlu enerji strategiyası bu siyasətin reallaşdırılmasında mühüm rol oynayıb. Yekunda müəllif regiondakı vəziyyəti ümumiləşdirərək qeyd edir ki, region dövlətləri öz suverenliklərini qorumaq üçün bir-birindən fərqlənən strategiya həyata keçirməyə çalışırlar. Gürcüstan son parlament seçkilərinədək demokratik islahatları davam etdirib və Avropa ilə yaxınlaşma xəttini üstün tutub. Təcrid vəziyyətində qalan Ermənistan isə Rusiya ilə daha da yaxınlaşmaq məcburiyyətində qalıb. Azərbaycana gəldikdə isə, müəllif vurğulayır ki, “Qərbə istiqamətlənmiş enerji ixrac strategiyası və balanslı xarici siyasət Azərbaycanı regionun ən stabil və uğurlu dövlətinə çevirib.





 
Bölməyə aid digər xəbərlər
14.11.2019
KOBİA ölkədəki maliyyə qurumları ilə sıx əməkdaşlıqda maraqlıdır
14.11.2019
Almaniyada həbs olunan azərbaycanlı müxalifətçilər barədə yeni faktlar
14.11.2019
İstifadəçilər “İnstagram“dakı nasazlıqlardan şikayət edirlər
13.11.2019
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13.11.2019
Türk hərbçilərin Suriyada azad edilən ərazilərdə mina təmizləmə fəaliyyətləri davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info