“Ağ Yol” Vətəndaş Hərəkatı yeni internet kampaniyaya start verib
Tarix: 30.09.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


“Ağ Yol” Vətəndaş Hərəkatı yeni bir internet kampaniyaya start verib. "Profil və Örtük şəklinizi "Davam" posterinə dəyişin" adlı kampaniya “Facebook” sosial şəbəkəsi üzərindən həyata keçirilir.
Qeyd edək ki, “Ağ Yol” Vətəndaş Hərəkatı “Prezidentin 20 ən böyük uğuru” kampaniyası çərçivəsində gerçəkləşdirilən “Xalq “DAVAM” deyir!” təşəbbüsü ilə artıq 12 uğur posteri hazırlayıb və paylaşıb. “Davam” adlı altı ədəd video-çarx hazırlanaraq seçicilərə təqdim edilib.
Yeni kampaniya isə “Facebook” sosial şəbəkəsində olan bir milyondan çox istifadəçiyə ünvanlanıb. Kampaniya çərçivəsində hazırlanan “Davam” “Facebook” örtük şəkli və “Davam” “Facebook” profil şəkli hazırlanıb. Artıq Facebook istifadəçiləri “Davam” örtük və profil şəklini tətbiq etməyə başlayıblar. “Ağ Yol” Vətəndaş Hərəkatı əmindir ki, xalq prezidentliyə namizəd hazırkı Prezident İlham Əliyevə “DAVAM” deyir. Buna görə də bütün “Facebook” istifadəçilərinə müraciət edərək onları "Profil və Örtük şəklinizi "Davam" posterinə dəyişin" adlı kampaniyaya fəal şəkildə qoşulmağa dəvət edir. “Ağ Yol” Vətəndaş Hərəkatı inanır ki, bu kampaniya vasitəsilə “Facebook” istifadəçilərinin 80%-dən çoxunun dəstəyini qazana biləcək.






 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16.09.2019
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info