60 ilin cütlüyü bir saat fərqlə koronavirusdan öldü
Tarix: 13.03.2020 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


60 ilin cütlüyü 1 saat fərqlə ölüb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 60 ildir evli olan cütlük koronavirusa yoluxduğuna görə 1 saat fərqlə dünyadan köçüblər.
İtaliyanın Albino şəhərində yaşayan 82 yaşlı Severa Belotti və həyat yoldaşı 86 yaşlı Luigi Carrara koronavirusdan ölüblər.
60 ildir ailəli olan cütlük 8 gün boyunca evdə 39 dərəcə qızdırma ilə xəstə yatağında yatdıqdan sonra Bergamo Hospitalına aparılıblar. Onlar sözügedən xəstəxanada ölüblər.
"Mən anamla atamı eyni gündə itirdim. Onlar bir-birlərini çox sevirdilər. Koronavirus adi qrip deyil. Adi qripdən də dəhşətli xəstəlikdir", - deyə cütlüyün oğlu sosial şəbəkədə yazıb.
Məlumat üçün bildirək ki, dekabr ayında Çinin Vuhan əyalətindən bütün dünyaya yayılan koronavirusa bu günədək dünya üzrə 134804 insan yoluxub.
Ən son statistikaya görə xəstəlikdən 4984 nəfər ölüb, 70394 nəfər sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya və İranda baş verir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
107 yaşlı qadın koronavirusdan sağaldı
09.04.2020
Ən çox mənfi obraz canlandıran aktyorların adı açıqlanıb
09.04.2020
Ukraynada karantin dövründə evlənən cütlüklərin sayı artıb
08.04.2020
Niyə koronavirusdan ölənlərin çoxu kişilərdir?
08.04.2020
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info