Elşən Həsənov: “Debat zamanı auditoriyaya hörmət etməlidirlər”
Tarix: 30.09.2013 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Radikal müxalifət liderləri “milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin təbliğatını apararkən daha çox onun professor və ziyalı olmasını qabardaraq bundan istifadə edirlər. Hər söhbətdə bunu insanlara fəxrlə çatdıran radikalların “ziyalılıq” söhbətlərinin üsdündən isə getdikcə xətt çəkilir. Özü də bunu elə öz ziyalıları edir. Belə ki, Cəmil Həsənli son teledebatda yenidən təhqiramiz fikirlər səsləndirərək şəhərli və kəndli məsələlərini kobud şəkildə qabardaraq “əsas məsələ kənddə mal otarmaq deyil mal olmamaqdır” da dedi. Bununla da opponentlərindən bəzisinə söz atan Cəmil Həsənli cavabını da almış oldu. Amma onun ziyalı kimi davranmaması danışığında hədd saxlamaması da özünün əleyhinə işləyən amil oldu.
“Palitra”ya açıqlama verən Azərbaycan Sosialist Partiyasının (ASP) sədri Elşən Həsənov ümumilikdə debatlarda səslənən fikirlərin məcradan çıxdığını söylədi O, Cəmil Həsənlinin də bəzi qeyri-etik fikirlər səsləndirməsini də qınadığını bildirdi: “Əslində mən deməzdim ki, hər şey çox faciəvi hal alıb. Siyasi debatdır və bir iki nəfər bu debatın işini pozur. Yəni, sadəcə olaraq debatlarda o qədər təhqir dolu fikirlərə rast gəlirsən ki, anlaya bilmirsən bunlar xuliqandırlar ya ölkə rəhbərliyinə namizəd. Cəmil Həsənlinin çıxışlarındakı təhqir edici məqamlar bəlkədə ona edilən təhqirlərə cavabdır. Bir də Cəmil Həsənli həmən o məşhur heyvan misalını çəkəndə heç də kəndlini təhqir mənasında işlətməmişdi. Hafiz Hacıyevin bunu özünə götürməsi isə anlaşılmaz oldu. Ümumiyyətlə götürdükdə isə namizədlər debat zamanı heç olmasa auditoriyaya hörmət etməlidirlər. Yaxşı olardı ki namizədlər öz platformaları haqqında seçicilərə danışalar. Sözün açığını desəm mən “milli şura”nın platforması ilə tanış deyiləm. Ona görə də Cəmil Həsənlinin seçki platforması haqqında da konkret nəsə deyə bilmərəm”.
ASP sədri partiya olaraq seçkilərdə kimə dəstək verəcəklərini də açıqladı: “Artıq seçkilərdə kimi dəstəkləyəcəyimizi açıq surətdə bəyan etmişik. Təbii ki, bildiyiniz kimi Azərbaycan Sosialist Partiyası olaraq seçkilərdə iştiraka qərar vermişdik. Lakin partiya qeydiyyata alınmadığından seçkilərə fərdi şəkildə qatıldım. Məqsəd seçkilərdə iştirakımla bərabər, mənə verilmiş tribunadan səmərəli istifadə edərək Azərbaycanda sol təmayüllü insanları seçki prosesinə cəlb etmək, sonda isə daha məqbul saydığımız namizədin xeyrinə geri çəkilərək onu dəstəkləmək idi. Biz də seçimimizi etdik - daha məqbul saydığımız Prezident İlham Əliyevə səs vermək qərarına gəldik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info