Azərbaycan beynəlxalq foto-kulinariya festivalında
Tarix: 01.10.2013 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Fransanın Oloron şəhərində Beynəlxalq foto-kulinariya festivalı keçirilib.
Müsabiqənin şərtlərinə görə festivalda fotoqraf və aşpazlardan ibarət cütlüklər birinci yer uğrunda mübarizə aparıblar.
Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə ölkəmiz belə mötəbər tədbirdə ilk dəfə təmsil olunub.
Layihə rəhbərləri Mirvari Fətəliyeva və Jalə Babayeva tədbirlə bağlı bildiriblər ki, Piriney dağlarının ətəklərində yerləşən Oloron şəhərində Yaponiya, Belçika, İngiltərə, Fransa və digər ölkələrin peşəkarları mükafata layiq yerlər uğrunda mübarizə aparıblar. Festivalın münsiflər heyəti 100-ə yaxın cütlük arasından 18-ni seçib.
Fransanın tanınmış aşpaz və fotoqraflarından, eyni zamanda, nüfuzlu nəşriyyat evinin rəhbərlərindən ibarət münsiflər heyətinin olması fotoların müxtəlif kriteriyalar əsasında qiymətləndirilməsinə və festivalın mühüm müsabiqə olmasına dəlalət edib.
İki gün davam edən festivalın əsas məqsədi müxtəlif mədəniyyətlərin mübadiləsi ilə yanaşı, yerli məhsulları tanıtmaqdır.
Azərbaycan Fotoqraflar Birliyinin üzvü Etibar Cəfərov və Milli Kulinariya təşkilatının üzvü Ağa Aşurovdan ibarət cütlüyün təqdim etdikləri “Odlar yurdu” adlı fotoda aşpaz tərəfindən zəngin Azərbaycan mətbəxinin nümunələrindən olan plov od və buxarla təsvir edilib. Yanar od ölkəmizin odlar yurdu olmasını, buxar isə Xəzər dənizini əks etdirib.Müsabiqənin qalibi Yaponiya təmsilçiləri olub.
İlk beş ölkə arasında yer alan Azərbaycan cütlüyünün təqdimatı münsiflər heyəti tərəfindən maraqla qarşılanıb.
“Azərbaycan evi”nin nümayəndələri Oloron şəhərinin meri Bernar Uthurry, festivalın prezidenti Mari Kasabane və münsiflər heyətinin sədri, Fransanın tanınmış aşpazı Paskal Barbot ilə görüşlərdə təmsil etdikləri təşkilatın fəaliyyəti barədə məlumat verib. Azərbaycana dair kitablar, iştirakçılara isə mətbəximizin şirniyyat nümunələrini təqdim ediblər.
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə meriya və yerli təşkilatlarla sıx əlaqələr qurmağa imkan yaradıb.
Növbəti dəfə 2015-ci ildə keçiriləcək festivalda da Azərbaycanın iştirakı nəzərdə tutulub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar
20.11.2019
Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib
20.11.2019
“Haqq mənəm” tamaşasının premyerası olub
19.11.2019
Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq
19.11.2019
“CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info