Müdafiə naziri xidməti müşavirə keçirib
Tarix: 14.03.2020 | Saat: 16:27:00 | E-mail | Çapa göndər



Martın 14-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışında səsləndirdiyi məqamları bir daha müşavirə iştirakçılarına xatırladan Müdafiə naziri dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra tapşırıqları diqqətə çatdırıb.

General-polkovnik Z.Həsənov müşavirədə şəxsi heyətin Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət, milli-mənəvi dəyərlər, vətənpərvərlik, milli köklərə bağlılıq və döyüş ruhunda tərbiyə edilməsinin, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini xüsusi qeyd edib.
Cəbhədəki əməliyyat şəraitini təhlil edən Müdafiə naziri düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.
Bu ayın əvvəlində Azərbaycan Ordusunda keçirilmiş genişmiqyaslı komanda-qərargah təlimlərinin nəticələri barədə danışan Müdafiə naziri döyüş hazırlığı tədbirlərində ən müasir idarəetmə üsullarından istifadənin əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənərək ordumuzun hazırlıq planına daxil edilməsi, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıqların alınması bundan sonra da davam etdiriləcək.

Müdafiə naziri bütün hərbi hissə və bölmələrdə silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi, hərbi obyektlərin hazırlığının, o cümlədən qış mövsümündən sonra müdafiə zolağı və mühəndis qurğularının vəziyyəti ilə maraqlanıb və müvafiq göstərişlər verib.

Mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib. Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.
Müşavirənin sonunda Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək
31.03.2020
Türk Şurasının baş katibi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib
31.03.2020
XİN: 1918-ci ilin beş ayı arzində Qubanın 35 kəndi yer üzündən silinmişdi
31.03.2020
Dövlət qeydiyyatından keçmiş 55 partiyadan 32-si maliyyə hesabatını MSK-ya təqdim edib
31.03.2020
Prezidentin rəsmi “Facebook“ səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info