Bob Bləkman: “İşğal olunmuş torpaqlar Azərbaycana qaytarılmalıdır”
Tarix: 01.10.2013 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Azərbaycan tolerant ölkədir və işğal edilmiş torpaqlar geri qaytarılmalıdır.
“Palitra”nın məlumatına görə, bunu Böyük Britaniya Parlamentinin üzvü, Hərrou İst əyalətindən seçilmiş millət vəkili, Yerli Özünüidarə və Biznes Komitəsinin üzvü Bob Bləkman Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusuna cavabında bildirib.
B.Bləkman deyib: "Öz milli və dini tolerantlığı ilə ad çıxarmayan Cənubi Qafqaz ölkələri arasında Azərbaycan tamam fərqli mövqeyə malikdir. Çünki bu ölkə bütün dini etiqadları və etnik azlıqları təşviq edir. Suriya, Yaxın Şərq və Şimali Afrikada radikal islamın baş qaldırdığı, Misirdə isə xristianların təzyiq altında olduğu bir zamanda yaşayırıq".
B.Bləkmanın sözlərinə əsasən, xristian ölkəsi olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər çür şərait yaradılıb.
B.Bləkman qeyd edib: "Bu, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi yolundan dönməzliyinin bariz göstəricisidir. Həmin faktı qəbul etmək və alqışlamaq lazımdır. Bundan əlavə, beynəlxalq ictimaiyyət beynəlxalq hüquqa əməl olunması və Azərbaycan torpaqlarının geri qaytarılması üçün daha çox iş görməlidir. Azərbaycan açıq şəkildə nümayiş etdirmişdir ki, bütün dinlərə qarşı sadəcə tolerantlıq göstərilmir, eyni zamanda, bu dinlər təşviq olunur. Odur ki, işğal altında olan torpaqlar arxayınlıqla Azərbaycanın nəzarətinə qaytarıla bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
İŞİD liderinin ən yaxın köməkçilərindən birinin harada olduğunu bilirik
13.11.2019
Koçaryan Paşinyanı Azərbaycanla qorxudur
13.11.2019
Türkiyədən Almaniyaya terrorçuların deportasiyasına başlandı
12.11.2019
Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı
12.11.2019
Prezident BƏƏ İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info