AVRO-2020-nin dekabrda keçirilmək variantı yaranıb
Tarix: 14.03.2020 | Saat: 23:51:00 | E-mail | Çapa göndər



Koronavirus pandemiyası üzündən keçirilməsi sual altına düşən AVRO-2020 ilin sonuna təxirə salına bilər.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarışı keçirmək üçün bir sıra variantları götür-qoy edən UEFA final mərhələsini dekabrda təşkil etmək variantını da nəzərdən keçirir.
Bildirilir ki, qurum rəhbərliyi ölkə çempionatlarının başa çatdırılması üçün iyun ayını klub və liqaların sərəncamına verəcək. İyunun 12-dən iyulun 12-dək təşkil olunmalı olan qitə çempionatı isə dekabrda keçirilə bilər.
UEFA-nın müzakirə etdiyi digər variant yarışın 2021-ci ilin yayında baş tutmasıdır. Lakin həmin vaxt FİFA klublararası dünya çempionatının yeni formatda keçirməyə israrlıdır. Bu səbəbdən dekabr variantı da real görünür.
Qeyd edək ki, martın 17-də UEFA üzvü olan 55 milli assosiasiya, həmçinin Avropa Klublar Assosiasiyası (ECA) və Futbolçuların Həmkarlar İttifaqı (FİFPro) birlikdə videokonfrans keçirəcək. Tədbirdə qitə futbolunda yaranan durum müzakirə olunacaq və müvafiq qərarlar verilə bilər.




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxub
03.04.2020
“Borussiya“nın stadionu tibbi mərkəz kimi fəaliyyət göstərəcək
03.04.2020
“Zirvə Astara” klubu basketbol üzrə Azərbaycan çempionu elan edilib
03.04.2020
“Napoli“ Kavani ilə danışıqlara başlayıb
03.04.2020
“Pandemiyadan sonra futbol tamam fərqli olacaq“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info