Turistlərə elektron vizaların verilməsi qaydalarında dəyişiklik edilir
Tarix: 15.03.2020 | Saat: 10:34:00 | E-mail | Çapa göndər


Azərbaycanda "Turizm haqqında" qanuna turizm vizası və turistlərə elektron vizaların verilməsi ilə bağlı dəyişiklik edilir.

Palitra-nın məlumatına görə, hazırkı qanunda qeyd edilir ki, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Yeni layihədə isə qeyd edilir ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş gün müddətində, birdəfəlik elektron vianın sürətləndirilmiş qaydadad alınması üçün müraciət edildikdə isəən geci 3 saat müddətində baxılır,birdəfəlik elektron vizanın Azərbaycanınbeynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır. İmtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir.
Qanuna dəyişikliklərin edilməsi Azərbaycan Prezidentinin 2016-cı il 20 oktyabr tarixli fərmanı ilə təasdiqlənmiş "ASAN Viza" sistemi haqqında Əsasnamə"nin tələblərindən irəli gəlir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
26.03.2020
Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib
20.03.2020
Birləşmiş Ərəb Əmirliklərində turizm obyektlərinin fəaliyyəti dayandırılıb
14.03.2020
Azərbaycanda turistlərin həyat və sağlamlıqları sığortalanacaq
14.03.2020
Azərbaycanda Milli Turizm Strategiyası hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info