Qazaxıstanda fövqəladə vəziyyət elan olunub
Tarix: 15.03.2020 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Fövqəladə rejimin tətbiq olunması məqsədilə Prezident yanında dövlət komitəsi də yaradılıb. AZƏRTAC xəbər verir ki, fövqəladə vəziyyət 2020-ci il martın 16-da saat 08:00-dan aprelin 16-sı saat 07:00-dək qüvvədə olacaq.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur. Qeyd edək ki, Qazaxıstanda koronavirusa 8 yoluxma halı təsdiqlənib. Bundan əlavə, 1425 nəfər stasionar karantinə, 496 nəfər ev karantininə alınıb.




 
Bölməyə aid digər xəbərlər
24.10.2020
Gürcüstan pandemiya səbəbindən “qırmızı” zonaya keçdi
24.10.2020
Moskvada koronavirusdan ölənlərin sayı 6 312-ə yüksəlib
23.10.2020
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib
23.10.2020
Ermənistan şokda: inanılmaz rekord qeydə alındı
23.10.2020
Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırın

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info