Ermənistanın iddiaları utanmazlığın və ikiüzlülüyün yüksək həddidir
Tarix: 15.03.2020 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in yenidən tarix və demokratiya məsələlərində Azərbaycana qarşı ittihamlarla bağlı açıqlamasına münasibət bildirib.

Trend-in məlumatına görə, Leyla Abdullayeva deyib: “Ermənistan tərəfinin tarix və demokratiya məsələlərində Azərbaycana qarşı hər hansı iddia irəli sürməyə heç bir əsası yoxdur. Bu, utanmazlığın və ikiüzlülüyün yüksək həddidir. Silahlı təcavüz və qanlı etnik təmizləmə həyata keçirərək, on illər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbirini işğal altında saxlayan, vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə günahsız mülki şəxsin ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan, öz evlərindən zorla didərgin salınmış insanların doğma torpaqlarına geri qayıtmalarına imkan verməyən bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsası var. Ermənistanın beynəlxalq humanitar hüququn əsas normalarını və çoxsaylı beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinin vacibliyi beynəlxalq ictimaiyyətə yaxşı bəllidir.

Ermənistan XİN-in bizi hörmətcil tonun olmamasında ittiham etməyə cəhd göstərməsinə gəldikdə isə vurğulamaq istərdik ki, qarşı tərəfdə hörmətə layiq və ciddi subyekt olduğu təqdirdə tonumuz da hörmətcil olacaq”.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31.03.2020
Əziz Əlibəyli: “Qaydalara riayət etməyənlərə qarşı ciddi cəza tədbirləri görülməlidir”
31.03.2020
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31.03.2020
Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək
31.03.2020
Türk Şurasının baş katibi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info