Hüquqşünasların dəyirmi masası keçirilib
Tarix: 01.10.2013 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Risk Peşəkarları Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə JW Marriot otelində ölkənin aparıcı banklarının hüquq menecerlerinin və mütəxəssislərinin toplantısı keçirilib. Toplantıya Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Azərbaycan Respublikasının əməkdar hüquqşünası xanım Rəna Məlikova, "AtaHolding" ASC Hüquq Departamentin direktoru Qorxmaz Ağayev də qatılıb. Toplantının gündəliyinin əsasını bankların üzləşdiyi əhəmiyyətli hüquqi risklərin və problemlərin müzakirəsi və onların həlli yollarının tapılması, banklarda hüquq işinin risk idarəetməsi konsepsiya əsasında yenidən baxılması mövzuları təşkil etmişdi.
Toplantıda bank sektorunun hüquqşunaslarını maraqlandıran mövzular ətrafında müzakirələr aparılmış, Mərkəzi Bankın və bankların müzakirə edilən mövzularla bağlı mövqeləri səsləndirilmiş, hüquqi məsələlərlə bağlı yaranmış suallar cavablandırılaraq təkliflər dinlənilib.
Banklarda hüquqi auditin və hüquq işinin idarəetmə standartlarının müəyyən olunması və bu məsələlərin qanunvericilik səviyyəsində təsbit olunması zəruriliyi vurğulanıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru xanım Rəna Məlikova müzakirə edilən məsələlərin həllində öz səlahiyyətləri daxilində yardımçı olacağını və bankları narahat edən məsələləri aidiyyati instansiyalara çatdıracağını bildirib.
Yekunda belə toplantıların, hüquq sahəsində problemlərin vaxtında ortaya çıxarılması və həllində vahid yanaşma və təcrübə mübadiləsi baxımından vacibliyi qeyd olunub.
Növbəti dəyirmi masanın keçirilməsi bu ilin dekabr ayına təsadüf edəcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info