“AZƏRBAYCAN NAMİNƏ” foto-müsabiqəsinə start verilib
Tarix: 01.10.2013 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “AZƏRBAYCAN NAMİNƏ” foto-müsabiqəsinə start verilir. Qeyd olunan müsabiqə müasir Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə və 15 İyun – Milli Qurtuluş Gününün 20 illiyinə həsr olunur. Layihənin əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin irsinin gənc nəslə aşılanması, milli – mənəvi dəyərlərin gənclər arasında təbliği, gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasından ibarətdir. Layihənin rəhbəri Toğrul Əliyevin bildirdiyinə görə müsabiqə ulu öndər Heydər Əliyevin aşağıdakı müdrik kəlamları mövzusunda keçirilir:
1) ``Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam !``
2) “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir !”
3) “Müstəqil Azərbaycan dövləti bizim ən böyük tarixi nailiyyətimizdir !”
4) “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir !”
5) “Qarşımızda duran vəzifələrdən biri də gəncliyi daha yaxşı hazırlamaq, tərbiyə etməkdən ibarətdir !”

Qeyd edək ki, müsabiqə iki mərhələdən ibarətdir: Birinci mərhələ (1 oktyabr – 31 oktyabr 2013 – cü il tarixləri arası): müsabiqədə iştirak etmək istəyənlər verilmiş mövzular üzrə çəkdikləri fotoşəkilləri özləri haqqında məlumatla birlikdə layihənin təşkilat komitəsinin rəsmi e-mail ünvanına göndərməlidirlər- “2013musabiqe@gmail.com”.
Müsabiqəyə təqdim olunan fotoşəkillər toplanacaq və münsiflər heyətinin müzakirəsinə təqdim olunacaq. Münsiflər heyətinin müsbət rəyini almış fotoşəkillər müsabiqənin ikinci mərhələsinə buraxılacaq.
İkinci mərhələdə (1 noyabr – 30 noyabr 2013 – cü il tarixləri arası) münsiflər heyətinin müsbət rəyini almış fotoşəkillər müsabiqənin rəsmi “facebook” səhifəsində (“www.facebook.com/2013musabiqe”) yerləşdiriləcək və səsverməyə çıxarılacaq. Qaliblər hər nominasiya (mövzu) üzrə toplanmış səslər (like) əsasında müəyyənləşdiriləcək (hər nominasiya (mövzu) üzrə 1-ci, 2-ci və 3-cü yerlər).
Müsabiqənin sonunda (2013 – cü ilin dekabr ayı) qaliblər mükafatlandırılacaq, müsabiqəyə təqdim olunmuş fotoşəkillərdən ibarət foto sərgi təşkil olunacaq və kataloq çap olunacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info