“Neftçi”nin çempionluq şansının daha çox olduğunu düşünürəm”
Tarix: 01.10.2013 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Rəşad Sadıqov: “Bizim futbolçular da arabir çempionluqdan danışmaqla səhvə yol verirlər”

“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun müsahibəsini təqdim edirik:
- Nə vaxt yaşıl meydanlara qayıtmağa hazırlaşırsınız?
- Ötən gün komanda ilə birgə məşqlərə başladım. Hələ ayağımda ağrılar var. Amma həkimlərin dediyinə görə, bunda təhlükəli heç nə yoxdu. Məşq edim, görüm necə olacaq.
- 9-cu turda oynaya biləcəksiniz?
- Hələ bilmirəm.
- Komandanızın “Neftçi” ilə oyunu barədə nə deyə bilərsiz?
- Hər iki komanda ağıllı futbol sərgilədi, heç kim riskə getmədi. Demək olar ki, bütün futbolçular rəqibin səhvini gözləyirdi. Ola bilər ki, qolsuz bitən bu görüş kimlərəsə darıxdırıcı gəlsin. Amma şəxsən mənim üçün belə bir oyunu izləmək çox maraqlı idi. Mövsümün əvvəlində heç kim riskə getmək istəmir. İkinci hissədə bizim qol vurmaq şansımız olsa da, buna nail ola bilmədik.
- Bu komandaların oyunlarının “Avropa derbisi” adı almasına münasibətiniz necədir?
- Mən bu oyunu Azərbaycan derbisi hesab edirəm. Bu, hər iki komanda üçün yeganə oyundur ki, ehtiyatlı oynamağa çalışırlar. Amma “Neftçi” də, “Qarabağ” da qalan rəqiblərinə qarşı hücum futbolu sərgiləyir.
-Artıq “Qarabağ” dörd turdur qələbə qazana bilmir. Problem nədədir?
- Problem axtarmaq vacibdir? Sadəcə, çempionat çətindir. Özünüz fikirləşin, dörd turdur qələbə qazana bilməsək də, “Qarabağ” yenə də liderlər qrupundadır.
-Amma azarkeşlər “Qarabağ”dan çempionluq gözləyir...
- Biz digər rəqiblərimizdən ciddi fərqlənmirik. Bizi xüsusi qeyd etmək lazım deyil. Bizim futbolçular da arabir çempionluqdan danışmaqla səhvə yol verirlər. Aydın məsələdir ki, “Neftçi”, “Qəbələ”, “Bakı” və digər klublar kimi, biz də qızıl medallar üçün mübarizə aparırıq. Amma biz bu mübarizədə heç bir üstünlüyə malik deyilik ki, “Qarabağ”ı kimsə favorit hesab etsin. Əksinə, mən “Neftçi”nin çempionluq şanslarının daha çox olduğunu düşünürəm.
- Bəlkə Avropa Liqasından sonrakı psixoloji problemlər hələ də qalmaqdadır...
- Komandada heç bir psixoloji problem yoxdu. Xal itirdiyimiz hər bir oyunda uğursuzluğun öz səbəbi olub. Hər gün “Bakcell Arena” kimi yaxşı stadionlarda oynamırıq. Hərdən yaxşı arenadan pis qazona keçirsən, bəzən də süni örtüklü meydançaya. Azərbaycan çempionatının da öz çətinlikləri var və bunu başa düşmək lazımdır.
-Qarşıda sizi “Bakı” ilə oyun gözləyir. İlk dövrənin son matçından qalib ayrılsanız, “Neftçi” ilə “Qəbələ” də heç-heçə etsə, vahid lider ola bilərsiniz...
- İndiki zamanda liderlik bizə heç nə verən deyil. Əsas sonuncu turda birinci yerdə olmaqdır. 10-15 tur lider olub, axırda çempion ola bilməmək çox pisdir. İndi daha vacib olan məsələlər komandadakı çatışmazlıqları yoluna qoymaq, sabit oyun sərgiləməkdir. “Bakı” ilə bizi çətin oyun gözləyir. Çox təhlükəli hücum xəttinə malikdilər. Əfran, Rauf, Kalonas, Cavid bu mövsüm inamlı çıxışları ilə seçilirlər.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
“Barselona“nın prezidentliyinə namizədliyini açıqladı
30.11.2020
“Barselona“dan darmadağın
29.11.2020
“Barselona” bu müdafiəçini istəyir
29.11.2020
“Atletiko” və “Sevilya”ya 1 qol bəs edib, “Real” evdə uduzub
28.11.2020
“Barselona” futbolçuları ilə razılığa gəldi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12008

1 “Ezo gəlin” şorbası necə bişirilir?
2 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
3 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
4 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
5 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info