“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
Tarix: 16.03.2020 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


“Bu tarixi müqaviləni oxuyan hər kəs görür ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”

“Silahlı təcavüz və qanlı etnik təmizləmə həyata keçirərək on illər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbirini işğal altında saxlayan, vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə günahsız mülki şəxsin ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan, öz evlərindən zorla didərgin salınmış insanların doğma torpaqlarına geri qayıtmalarına imkan verməyən bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsası var”

“Ermənistanın yürütdüyü bu siyasət regional təhlükəsizliyə ciddi təhdid törədir. Belə məsuliyyətsiz hərəkətlər davam edərsə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti tam şəkildə Ermənistan daşıyacaq”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in yenidən tarix və demokratiya məsələlərində Azərbaycana qarşı ittihamlarla bağlı açıqlamasına münasibət bildirib. Leyla Abdullayeva deyib: “Ermənistan tərəfinin tarix və demokratiya məsələlərində Azərbaycana qarşı hər hansı iddia irəli sürməyə heç bir əsası yoxdur. Bu, utanmazlığın və ikiüzlülüyün yüksək həddidir. Silahlı təcavüz və qanlı etnik təmizləmə həyata keçirərək on illər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbirini işğal altında saxlayan, vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə günahsız mülki şəxsin ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan, öz evlərindən zorla didərgin salınmış insanların doğma torpaqlarına geri qayıtmalarına imkan verməyən bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsası var. Ermənistanın beynəlxalq humanitar hüququn əsas normalarını və çoxsaylı beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinin vacibliyi beynəlxalq ictimaiyyətə yaxşı bəllidir. Ermənistan XİN-in bizi hörmətcil tonun olmamasında ittiham etməyə cəhd göstərməsinə gəldikdə isə vurğulamaq istərdik ki, qarşı tərəfdə hörmətə layiq və ciddi subyekt olduğu təqdirdə tonumuz da hörmətcil olacaq”.

“Tövsiyə edərdik ki, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Kürəkçay müqaviləsi öyrənilsin, hətta bu müqavilə haqqında broşürün hazırlanması da faydalı olardı”

Qeyd edək ki, altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev proqram xarakterli çıxış etdi. Leya Abdullayeva bununla bağlı bildirib ki, çıxış əsnasında Prezident tərəfindən tarixi faktlara istinad edilərək Ermənistana növbəti dəfə zərbə vurulub: “Burada xüsusilə 1805-ci il Kürəkçay müqaviləsinə istinad edildi. Tövsiyə edərdik ki, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Kürəkçay müqaviləsi öyrənilsin, hətta bu müqavilə haqqında broşürün hazırlanması da faydalı olardı. Onların bu müqaviləni yaxından öyrənməsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin vaxtını yaxınlaşdırardı. XİN Mətbuat xidməti idarəsinin rəisi qeyd edib ki, bu tarixi müqaviləni oxuyan hər kəs görür ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır: “Bu müqaviləni bir tərəfdən Qarabağ xanı İbrahimxəlil xan, digər tərəfdən isə Qafqazdakı rus qoşunlarının baş komandanı Sisianov imzalamışdı. Prezident İlham Əliyevin sözləri ilə desək, Kürəkçay müqaviləsində erməni xalqı/toplumu haqqında bir cümlə belə yoxdur. Prezidentin toponimlərlə bağlı sözləri tam həqiqəti əks etdirir. Bununla bağlı xəritələrə və internet resurslarına baxmaq kifayətdir ki, Ermənistan tərəfi bu həqiqətlərlə tanış olsun. Məsələn, Yeğeqnadzor, onun əzəli adı Keşişkənddir, Razdan çayı, əzəli adı Zəngi çaydır, Sevan gölü isə tarixi Azərbaycan gölü olan Göyçə gölüdür. Prezident öz çıxışında Ermənistanın Respublika Partiyası ilə də bağlı məsələlərə toxunub. Uzun müddət Ermənistanda hakimiyyətdə olan Respublika Partiyasının gerbi faşistlərin gerbi ilə eynilik təşkil edirdi. Ermənistan XİN-in şərhində isə bu məqama yer verilmir və onun üzərindən sükutla keçilir. Ermənistanda keçmiş hakimiyyət nümayəndələrini, bu ölkənin sabiq prezidentlərini istintaqa cəlb ediblər, həbs ediblər. R.Köçəryan bir ildir ki, bir sıra ittihamlarla həbs olunub, S.Sarkisyana qarşı isə korrupsiya ittihamları irəli sürülüb. Əslində, bu iki şəxs 1992-ci ildə törədilmiş Xocalı soyqırımına və insanlıq əleyhinə cinayətə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bir sabiq prezidentin həbs olunması, digərinə qarşı ittihamların irəli sürülməsi və bundan sonra demokratiyadan danışmaq gülüncdür və ikrah doğurur. Bu günlərdə isə Ermənistan hökumətinin rəhbəri tərəfindən Konstitusiya Məhkəməsinin hakiminə bir bahalı qələmə görə ittihamlar irəli sürülüb və ölkədə ümumxalq referendumu keçirilir. Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən bu siyasət əslində demokratiyaya böyük bir zərbədir. Ermənistan baş nazirinin metroda biabırçı hərəkəti onun ölkədə nə qədər hörmətsiz olduğunu açıq şəkildə göstərir. İnsanlar ona salam belə vermirlər və gənc xanım tərəfindən vərəqin cırılaraq onun üzünə atılması da onun nə dərəcədə hörmətsiz olduğunun göstəricisidir”.

“Ermənistanda faşizm və ksenofobiya mahiyyətli siyasət həyata keçirilir”
Leya Abdullayeva bildirib ki, Ermənistanda islamofobiya və ksenofobiya pik səviyyədədir: “Əhalinin 99,9 faizini məhz ermənilər təşkil edir. Azərbaycan isə çoxkonfessiyalı və çoxmillətli bir dövlətdir. Prezidentin çıxışında dünya dini liderlərinin, xüsusilə Roma Papasının, bu məsələdə Azərbaycanla bağlı səsləndirdiyi ifadələri dilə gətirilib. Lakin bu günədək dünya dini liderləri tərəfindən Ermənistandakı çoxkonfessiyalılıq haqqında heç bir söz eşitməmişik. Çünki Ermənistanda faşizm və ksenofobiya mahiyyətli siyasət həyata keçirilir. Bütün bu illər ərzində Ermənistan gəncləri faşizm ideologiyası əsasında böyüdülüb. Ermənistanın özünü əziyyət çəkən xalq kimi təqdim etməsi, özünü alçaltmaqdan və yalançı tarix ilə spekulyasiya etməkdən başqa bir şey deyildir. Ermənistanın hazırkı hakimiyyətinin qeyri-legitim olması heç kimə sirr deyil. Siyasi rəqiblərinə qarşı repressiyaların həyata keçirilməsi Ermənistan hakimiyyətinin antidemokratik və antiinsani mahiyyətini açıq şəkildə nümayiş etdirir. Azərbaycanın Avropa qurumları ilə əlaqələrinə gəldikdə isə, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə müsbət qiymət verilib. Bəzi Avropa qurumlarında Ermənistanın təsiri altında Azərbaycana qarşı çirkin niyyətli olan şəxslər Azərbaycan tərəfindən ifşa edilməkdə davam etdiriləcək. Məsləhət görərdik ki, Ermənistan XİN-i Azərbaycanın Avropa qurumları ilə əlaqələrinə burnunu soxmasın. Yaxşı bilirik ki, Ermənistan Avropa qurumları ilə müzakirələrdə bir söz, digər tərəfdaşları ilə müzakirələrdə isə tamamilə fərqli fikirlər işlədir. Hətta Avropa ilə təmaslarda o iddia ilə çıxış edir ki, bəzi müttəfiqləri və tərəfdaşları olmasa sanki Ermənistan Avropaya daha da yaxın olardı. Bu da Ermənistanın yürütdüyü riyakar siyasətin bir nümunəsidir. Ermənistan XİN-i 4 gün ərzində bir vərəqin yazılmasına müvəffəq olması onların məhdud düşüncəsini əks etdirir. Bütün bunlar Ermənistanın məsuliyyətsiz və təhlükəli siyasət yürütdüyünün əlamətləridir. Məhz Ermənistanın yürütdüyü bu siyasət regional təhlükəsizliyə ciddi təhdid törədir. Belə məsuliyyətsiz hərəkətlər davam edərsə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti tam şəkildə Ermənistan daşıyacaq”.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir
12.03.2020
Azərbaycan BMT-yə Sumqayıt hadisələri ilə bağlı sənəd təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info