“Azərbaycan gəncliyi cəmiyyətin inkişafının önündə gedir”
Tarix: 01.10.2013 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Bəhruz Nəzərov: “Prezident İlham Əliyev gəncləri
Azərbaycanın həqiqi strateji potensialı səviyyəsinə yüksəltdi”


Ölkəmizdə son 10 ildə gənclər siyasəti sahəsində büdcə vəsaiti 100 dəfə artırılıb. Bu vəsait ötən il 26,9 milyon manata çatdırılıb. 2006-cı illə müqayisədə gənclərin təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə layihələrin sayı 25 dəfə, layihələrə ayrılan maliyyə vəsaitləri isə 38 dəfəyədək artıb. Gənclərin inkişafı ilə bağlı dövlət proqramları uğurla həyata keçirilir.
Gənclərin inkişafına həsr edilən külli miqdarda layihələrə dövlət tərəfindən davamlı maddi və mənəvi dəstək verilir. Məhz buna görədir ki, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Gənclər aydın dərk edirlər ki, bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Bu gün ölkəmizdə gənclərlə bağlı iş dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Həmçinin Azərbaycan Prezidenti tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti onların bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını təmin edir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Məhz bu amil gənclərimizin dövlət başçısının ətrafında sıx birləşməsini şərtləndirir.
Layihə çərçivəsində bizə bu mövzuda fikirlərini bildirən Azərbaycan Maarifçi Gənclər Təşkilatının qurucularından biri, Əməkdar jurnalist Bəhruz Nəzərov qeyd etdi ki, hər bir xalq kimi, Azərbaycan xalqı da özünün xöşbəxt gələcəklə bağlı ümidlərini gələcək nəsillə bağlayır: “Xalqın və cəmiyyətin hansı səmtdə inkişaf edəcəyini məhz hər bir xalqın əsas hərəkətverici qüvvəsi olan gənclər müəyyən edir. Əgər gənclər xalq və cəmiyyət qarşısında məsuliyyətini dərk edirsə, öz üzərində işləyirsə, müasir bilik və bacarıqlara yiyələnib kamilləşirsə, onda həmin xalqın gələcəyinin parlaq olacağı şübhə doğurmur.
Azərbaycan xalqının zəngin tarixi keçmişə, mənəvi və əxlaqi dəyərlərə malik olması Azərbaycan gəncliyinin inkişafı üçün ona gözəl və əlverişli start vəziyyəti bəxş edib. Sonrakı inkişaf üçün tələb olunan isə yaşlı nəslin özünün zəngin təcrübəsini gənc nəsillə bölüşməsidir. Azərbaycan xalqının tarixi yaddaşına, milli mentalitetinə əsaslanaraq nəsilllər arasındakı bağları, obrazlı olaraq, bir ağaca bənzətmək olar. Ağacın kökləri - milli adət-ənənəmiz, Azərbaycan xalqının əsrlər ərzində topladığı zəngin təcrübə, gövdəsi - təcrübə və biliklərin daşıyıcısı olan yaşlı nəsil, möhkəm gövdənin üzərindən ucalan və şaxələnən budaqlar isə gənc nəsildir.
Yaxşı xatirimdədir, 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyatın müxtəlif sahələrində olduğu kimi, gənclərə olan diqqət və qayğının artırılması sahəsində də ciddi addımlar atıldı. 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Ölkədə sıralarında 1994-cü ildə bir neçə tələbə yoldaşlarımızla birgə yaratdığımız Azərbaycan Maarifçi Gənclər Təşkilatı da olmaq şərtilə, yeni yaranmağa başlamış gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının yaradılması gənclərin təşkilatlanması prosesini daha da sürətləndirdi. Lakin şübhəsiz ki, müstəqil Azərbaycan gəncliyinin həyatındakı ən mühüm və taleyüklü hadisə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi oldu. Azərbaycan Gənclərinin I Forumunun gənc nəslin həyatında yeni mərhələnin əsasını qoyduğunu nəzərə alan ulu öndər 2 fevral tarixini - Azərbaycan Gənclər Günü elan edib.
Azərbaycanın ümummilli lideri gənclərin milli vətənpərvər ruhda tərbiyəsinə, gələcəkdə xalq və dövlətin təəssübünü çəkə bilmələri üçün layiqli vətəndaş kimi yetişməsinə böyük əhəmiyyət verir və bunu aydın şəkildə bəyan edirdi: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”. Ulu öndər Azərbaycan gəncliyinə bu müraciəti Azərbaycan Gənclərinin II Forumunda ünvanlayıb.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev də Azərbaycan gəncliyini ölkənin strateji potensialı kimi nəzərdən keçirərək dövlət gənclər siyasətini dövlətin siyasətinin vacib tərkib hissələrindən biri kimi davam etdirdi. Azərbaycanda gənclərin təşkilatlanması prosesinə dəstək daha da artırıldı, dövlət gənclər təşkilatları və birliklərinin vətəndaş cəmiyyətinin mühüm iştirakçısına çevrilməsi prosesinə dəstək verdi. Bu dəstəyin sayəsində gənclər təşkilatları cəmiyyətin həyatında, onun problemlərinin həllində fəal surətdə iştirak etməyə başladı. Gənclər təşkilatlarının həyata keçirdiyi layihələr bir tərəfdən cəmiyyətin problemlərinin həllinə gənclərin də cəlb edilməsini nəzərdə tutsa da, əsas məram - gənclərin məsuliyyətli və peşəkar kimi yetişməsidir. Prezident İlham Əliyevin 2007-ci ili Azərbaycanda “Gənclər İli” elan etməsi, gənclərin cəmiyyət həyatında rolunu daha da artırdı. Ölkədə gənclərin istimai-siyasi fəalllığının artırılması ilə yanaşı onların sosial problemlərinin həllinə yönəlmiş addımlar atıldı, təhsilin keyfiyyəti, gənclərin dünyanın qabaqcıl təhsil ocaqlarında təhsil alması üçün şərait yaradıldı, gənclərin idarəetmə sahəsində iştirakı üçün geniş imkanlar açıldı. Bütün bu məqsədlərə çatılması üçün Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan gəncliyinin inkişafına dair dövlət proqramları qəbul edilib və icra olunur.
2011-ci ildə Gənclər Fondunun yaradılması Azərbaycan gənclərinin təşkilatlanması, onların vətəndaş cəmiyyətinin fəal üzvləri kimi çıxış etməsində növbəti mərhələnin başlanğıcı oldu. Fond tərəfindən maliyyələşən layihələr Azərbaycanın gənclər təşkilatlarına bir sıra problemlərin həllində iştirak etməyə şərait yaratmaqla yanaşı, onların özlərinin də püxtələşməsi üçün imkanlar açır.
Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində Azərbaycan gənclərinin fəaliyyəti ölkəmizin hüdudlarını aşaraq beynəlxaq aləmə çıxıb. Gənclər təşkilatları, onların koalisiyaları Azərbaycan hüdudlarından kənarda Azərbaycan həqiqətlərinin yayılmasında fəal iştirak edir, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən soydaşlarımız tərəfindən yaradılmış diaspor təşkilatları ilə birgə layihələr həyata keçrirlər”.
B.Nəzərov qeyd edir ki, Azərbaycan dövlətinin apardığı siyasət sayəsində bu gün gənclər ictimai həyatın müxtəlif sahələrində fəal surətdə çalışıb dövlətimizin qüdrətinin daha da artması prosesinə öz töhfələrini verirlər: “Prezident İlham Əliyev dövlət gənclər siyasətinin məqsədini aşağıdakı kimi müyyən edib: “Dövlətin siyasəti bundan ibarətdir ki, Azərbaycan gəncliyi savadlı və təhsilli, Vətənə bağlı olsun və ölkəmizin gələcək inkişafına öz töhfəsini versin”. Məhz bu cür müdrik yanaşmanın sayəsində Azərbaycan gəncliyi həqiqətən də cəmiyyətin inkişafının önündə gedir və əldə olunan nailiyyətlərə öz töhfəsini verir. Bu isə Azərbaycan gəncliyinin üzərinə düşən şərəfli missiyanın -Azərbaycan xalqının layiqli davamçıları olmaq və Azərbaycanın Dövlət Bayrağını daim uca tutmaq missiyasının öhdəisindən layiqincə gələcəyinə tam əminlik hissi yaradır”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
07.11.2019
İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb
05.11.2019
“Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır”
04.11.2019
Tanınmış fransız tarixçi Ermənistanı faşizm ideyalarını yaşatmaqda ittiham edib
31.10.2019
ABŞ-da erməni yalanlarını ifşa edən etiraz aksiyası keçirilib
24.10.2019
Finlandiya nəşrində Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Prezidentdən Bayraq Günü paylaşımı - Video
2 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
5 AGAT-ın vitse-prezidenti təyin olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info