“Azercell” xaricdə olanların balansına pul yüklədi
Tarix: 17.03.2020 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


"Azercell" şirkəti hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 AZN məbləğində pul vəsaiti yükləyib.
"Qafqazinfo" xəbər verir ki, mart ayının 17-dən etibarən mobil operator bütün müştəriləri üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (Təbib) "Qaynar xətt"inə (1542) zənglərin ödənişsiz olmasını təmin edib.
Qeyd edək ki, hazırda "Azercell"in Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətləri də gücləndirilmiş iş rejimi ilə çalışır. Belə ki, şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, habelə Təbib-in "Qaynar xətt"i ilə əlaqə saxlanılması istiqamətində hər cür dəstək göstərməyə hazırdır.
Xatırladaq ki, rominq zamanı Azercell-in Fakturalı Xətt abunəçiləri +994506565000, Fakturasız Xətt (Sim-Sim) abunəçiləri isə +994502002111 nömrələri vasitəsilə mobil operatorun Telefon Mərkəzi ilə tamamilə ödənişsiz əlaqə saxlaya bilərlər.




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başlayıb...
03.04.2020
Xüsusi karantin rejimində şəxsi avtomobillərlə taksi xidməti dayandırılacaq
03.04.2020
Sığorta şirkəti COVİD-19-la bağlı işarət dilində videoçarx hazırladı
02.04.2020
Vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndərəcək
02.04.2020
Məleykə Abbaszadə abituriyent, müəllim və valideynlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info