Badamlı kartof piroqu
Tarix: 01.10.2013 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Tərkibi
Kartof -1kq
Yumurta -5əd
Qaymaq (22%) – 400 ml
Holland pendiri -150 q
Kərə yağı -1x.q
Hindistan qozu- 0.25 ç.q
İçlik üçün.
Mal və qoyun əti- 800 q
Soğan -2 əd
Badam – 100 q
Kişmiş -100 q
Yumurta -1 əd
Duru yağ- 2 x.q
Hindistan qozu – 0.25 ç.q

Hazırlanması
Kartofu təmizləyirik 2-3 hissəyə bölüb suda 20-25 dəqiqə qaynadırıq.
Soğanı təmizləyib doğrayırıq. Kişmişi təmizləyib üstünə qaynar su töküb 20 dəqiqə saxlayırıq. Badamı doğrayırıq.
Yağı qızdırırıq soğanı qızardırıq çəkilmiş əti içinə əlavə edib qarışdırırıq.`Kişmişi sudan çıxarırıq ətə əlavə edib qarışdırırıq. Hind qozunu və doğranmış badamı da ətə əlavə edib qarışdırırıq 10 dəqiqə qızardırıq. Ocağın üzərindən götürüb içinə duz ,istiot ,yumurtanı qatıb qarışdırırıq.
Kartofu əzib pürə halına salırıq içinə kərə yağı , 1 ədəd yumurta ,hind qozunu sürtkəcdən keçirib duz ,istiot qarışdırırıq.
Bişirmək üçün xususi qab şüşə ,saxsı vəya sobada partlamayan qablarda bişrilir. Qabı yağlayırıq və kertof püresinin yarısını altan qoyuruq. Üstündən ətdən hazırladığımız içliyi əlavə edirik və üstünə qalan kartof püresini yayırıq.
Qaba qaymağı töküb qızdırırıq. İçinə çəkilmiş pendiri əlavə edib qarışdırırıq və hazırladığımız kartofun üzərinə əlavə edirik. Əvvəlcədən 190 dərəcə istilikdə qızdırdığımız sobada 40-45 dəqiqə bişiririk. Əgər üstü tez qızarmağa başlasa üzərinə falqa kağızı ilə örtüb bişirin.
NUŞ OLSUN.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
“Zərdə” şirniyyatı necə hazırlanır?
05.12.2019
Heyva dolması
30.11.2019
Kabak tatlısı necə bişirilir?
26.11.2019
Menemen necə bişirilir?
19.11.2019
Çoban qovurma

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
2 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Avropada işsizlər ordusu yaranır
5 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info