Rəşad Mahmudov: Hökumətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan vətəndaşının məmnunluğuna xidmət edir
Tarix: 17.03.2020 | Saat: 13:47:00 | E-mail | Çapa göndər


Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması ölkələri daha da ciddi tədbirlər görməyə sövq edir. Dünya Səhiyyə Təşkilatı (DST) koronovirusla bağlı həyəcan təbili çalmamışdan əvvəl Azərbaycan hökuməti bu virusun qarşısının alınması ilə bağlı ilkin tədbirlər həyata keçirib. Bir səhiyyə işçisi kimi qeyd edə bilərəm ki, ölkəmizdə bu istiqamətdə koordinasiya işi çox yüksək səviyyədə qurulub. Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı, Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.
Deputatın sözlərinə görə, təkcə Səhiyyə Nazirliyi deyil, bütün dövlət qurumları virusun qarşısının alınması işində fəallıq göstərirlər. Dövlətin sərhəd və gömrük xidmətindən tutmuş qida təhlükəsizliyi idarəsinə kimi bütün sahələrdə ay yarımdan artıqdır ki, profilaktik tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə həssas münasibət göstərdiyini diqqətə çatdıran Rəşad Mahmudov vurğulayıb ki, məhz dövlətimizin başçısının tapşırığı əsasında koronavirusla mübarizə və onun qarşısının alınması ilə məşğul olan əlaqədar qurumlar müvafiq plan üzrə işlərini qurublar. “DST Azərbaycanın koronavirusla mübarizədə vəziyyətə nəzarət etməsini yüksək qiymətləndirib. Təşkilat virusa yoluxanları mümkün qədər nəzarət altında saxlamaq, bütün mümkün fəsadlardan yayınmaq məqsədilə ölkənin səhiyyə ocaqlarında profilaktik tədbirlərin təşkili ilə bağlı görülən işlərdən razı qalıb. DST-nın mütəxəssisləri tərəfindən vəziyyətin stabil qiymətləndirilməsi çox müsbət haldır.

Düşünürəm ki, bütün dünyanı bürüyən bu virusun da mütləq çarəsi tapılacaq. Bir həkim kimi koronavirusun dünyada yaratdığı təlatüm qədər ciddi problem olmadığını düşünürəm”.

Onun sözlərinə görə, virus xüsusilə, yaşlı və xəstə insanlarda daha çox özünü büruzə verir: “Bir həkim kimi onu deyə bilərəm ki, insan virusa yoluxa bilər, amma o, xəstə deyilsə, ölüm riski yüksək deyil. İmmun sisteminin yüksək olduğu insanların virusa yoluxma riski çox aşağıdır. Əgər hər hansı xəstə ürək-damar çatışmazlığından və ya digər xəstəlikdən həyatını dəyişirsə, bunu koronavirusla əlaqələndirmək düzgün deyil. Ölkəmizdə koronavirusa yoluxanların sayı digər ölkələrə nisbətən çox azdır. Karantində insanlar ona görə saxlanılırlar ki, onlar ailə üzvləri və digər insanlar üçün təhlükə yaratmasınlar”. Deputat təhsil ocaqlarında tədrisin dayandırılmaşına da münasibət bildirib. Qeyd edib ki, bu, çox düzgün verilmiş qərardır. Çünki həyatı təhlükə olmasa belə, ailələr övladlarının taleyi üçün narahatlıq keçirə, psixoloji cəhətdən pis vəziyyətə düşə bilərdilər. “Düşünürəm ki, hökumətimizin həyata keçirdiyi tədbirlər sadəcə, tibbi nöqteyi-nəzərdən deyil, həm də Azərbaycan vətəndaşının, cəmiyyətimizin rahatlığını, məmnunluğunu təmin edən addım kimi dəyərləndirilməlidir”, – deyə, Rəşad Mahmudov sözlərini yekunlaşırıb.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
06.04.2020
“Tehranda koronavirusa yoluxma sayı artsa, vəziyyət nəzarətdən çıxacaq”
06.04.2020
“COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb“
05.04.2020
“Bizim ölkənin koronavirusla mübarizədə atdığı addımlar qonşu və yaxın ölkələrdə təkrarlanmaqdadır“
05.04.2020
“Tədbirlər planı həm məşğul, həm də işləməyən vətəndaşlarımızın sosial təminatına hesablanıb“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info