Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
Tarix: 17.03.2020 | Saat: 13:55:00 | E-mail | Çapa göndər


“Bir vətəndaş olaraq, ictimai fəal olaraq mən də insanlarımızı diqqətli olmağa, məsuliyyətli davranıb tövsiyələrə əməl etməyə çağırıram”

Dünyada koronavirus infeksiyasının (COVID-19) surətlə yayıldığı bir vaxtda Azərbaycanda bu bəşəri bəlaya çevrilən infeksiyanın ağır fəsadları müşahidə edilmir. Təbii ki, bunun bir sıra səbəbləri var, ilin əvvəlindən hökumətin bu problemin ölkəmizdə geniş yayılmaması, ümumiyyətlə virusun Azərbaycana ayaq açmaması üçün gördüyü önləyici tədbirlər öz sözünü dedi. Hazırda Azərbaycan nadir ölkələrdəndir ki, burada koronavirus infeksiyasına yoluxan və ölənlərin sayı günbəgün artmır. Ümumiyyətlə bu virusun ölkəmizdə yayılma faktı aşkarlanmayıb. Yalnız Azərbayacan qayıdan bir sıra vətəndaşlarda yoluxma faktı aşkarlanıb. O da bəllidir ki, Azərbaycan, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biri sayılır. Yəni işin ciddiliyini əvvəldən nəzərə alan Azərbaycan hökuməti virusla mübarizədə önləyici tədbirlərin görülməsinə tam məsuliyyətlə yanaşdı və bu gün də bu operativ tədbirlər davam etdirilir. Azərbaycan hökuməti həmçinin qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verir və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırması da təqdir edilməlidir. Cəmiyyətimizin ayrı-ayrı təbəqələrini təmsil edən şəxslər də görülən bu tədbirləri təqdir edir, ölkəmizdə həyatın öz axarı ilə davam etməsini hökumətin, aidiyyəti qurumların problemə operativ və məsuliyyətlə yanaşmanın nəticəsi kimi qiymətləndirirlər.

“Hər ehtimala qarşı riskləri göz önünə alan dövlətimiz haqlı olaraq insanların ictimai yerlərdə olmamasını, bir çox tədbirləri ləğv etməyi məsləhət bildi”

Sumqayıt Yəhudiləri Dini İcmasının təsisçisi Nəsimi Əbilov “Palitra”ya verdiyi açıqlamada dedi ki, aparılan operativ və ciddi tədbirlər olmasaydı indi Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) infeksiyanın ən çox yayıldığı ölkələr siyahısında idi. İndiki halda isə ÜST Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirir, digər dövlətlərə nümunə kimi də göstərir: “Bütün bu müsbət nəticələr isə boşuna meydana çıxmayıb. Dövlət qurumlarının hamısı virusun qarşısının alınması işində fəallıq göstərir. Yəni, demək olmaz ki, problemin bizdə faciəvi hala gəlib çıxmamasında yalnız səhiyyə işçilərinin əməyi böyükdür. Artıq gömrük işçisindən tutmuş, Qida Təhlükəsizliyi Agentliyinin, hətta icra hakimiyyəti nümayəndələrinin belə böyük əməkləri hesabına ciddi işlər görülüb və bu işlər operativ şəkildə davam edir. Bir sıra tədbirlərin təxirə salınması, sosial izolyasiya ilə bağlı verilən qərar isə alqışlanmalıdır. Ay ərzində bizim icma da bəzi tədbirlərdə aktiv iştirak etməyi planlaşdırırdı, xalqımızın əsas bayramı olan Novruz bayramı ilə bağlı kütləvi şəkildə ictimai yerlərdə, tədbirlərdə olmaq gözlənilirdi. Hər ehtimala qarşı riskləri göz önünə alan dövlətimiz haqlı olaraq bir ay ərzində insanların ictimai yerlərdə olmamasını, bir çox tədbirləri ləğv etməyi məsləhət bildi. Bu da müsbət addımlardan biri sayılmalıdır. İlk gündən sərhəd keçid məntəqələrində gücləndirilmiş işin tətbiqi ilə başlayan ciddi tədbirlər bu günlərdə sosial izolyasiya qərarı ilə davam etdirilir ki, bu da ən doğru yoldur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəsin əməl etməlidir. Çünki artıq koronavirus infeksiyası qlobal pandemiya elan olunub, heç bir dövlət bundan sığortalanmayıb ki, virus onun ölkəsində daha geniş arealı əhatə edə bilməz və gözlənilmədən qısa müddətdə yayıla bilər. Bir daha qeyd edirəm ki, bir vətəndaş olaraq, ictimai fəal olaraq mən də insanlarımızı diqqətli olmağa, məsuliyyətli davranıb tövsiyələrə əməl etməyə çağırıram. Çünki virusun geniş yayılma sürətini nəzərə alsaq, vətəndaşlar Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə mütləq şəkildə riayət etməsi qaçılmazdır”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
3 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
4 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
5 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info