Şəfayət Avılbəyli: “Panika yaradan xəbərlər yayanlar barəsində sərt tədbirlər görülməlidir”
Tarix: 17.03.2020 | Saat: 14:18:00 | E-mail | Çapa göndər


“Sosial şəbəkələrdə dezinformasiya yayanlar bunun məsuliyyətini anlamalıdır”


Koronavirus infeksiyasının (COVID-19) pandemiya elan olunmasından sonra dünyanın demək olar ki, bütün ölkələrində virusdan qorunmaq üçün bir sıra ciddi tədbirlər görülməyə başlanılıb. Amma bir çox ölkədə bu işlər zamanında, operativ şəkildə həyata keçirilmədiyi üçün hazırda virusun yayılması sürətlə davam edir. Azərbaycanda isə ilk gündən bu istiqamətdə bir sıra ciddi addımlar atıldı, Prezident birbaşa infeksiya ilə mübarizə məsələlərinə nəzarəti öz üzərinə götürdü və Nazirlər Kabineti yanında Operativ Qərargah da yaradıldı ki, buradan da bütün proseslərə ciddi nəzarət edilir. Görünür bu səbəbdəndir ki, hazırda ölkəmizdə digər dövlətlərdən fərqli olaraq koronavirus infeksiyası ilə bağlı faciəli, durum yaşanmır. Amma görüləcək işlər çoxdur, həm insanların maarifləndirilməsi və sosial məsuliyyətlərinin dərk edilməsi istiqamətində, həm də virusun ölkəmizə ayaq açmaması, insanlar arasında yayılmaması istiqamətində.

“Dövlət öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, vətəndaşları da dövlət qurumlarına dəstək olmağa çağırıram”

Bakı Avrasiya Universitetinin Mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli “Palitra”ya verdiyi açıqlamada hazırda dövləti öz üzərinə düşən öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini dedi, vətəndaşların da ayrı-ayrı dövlət qurumlarına dəstək olmağa çağırdı. O bildirdi ki, nəinki təhsillə bağlı müvəqqəti verilən qərarlar, imtahan və dərslərin təxirə salınması, teledərslərin tətbiqi, ümumilikdə bütün dövlət qurumlarında, ayrı-ayrı sahələrdə operativ tədbirlərin görülməsi təqdir edilməlidir. O, vətəndaşları da məsuliyyətli olmağa, dövlətimizə dəstək olmağa çağırdı: “Bu gün əksər insanlar sosial şəbəkələr üzərindən aparılan informasiyaya köklənir. Bu isə bəzən cəmiyyəti yalan, yanlış fikirlərlə yükləyir və nəticə olaraq psixoloji- panik vəziyyətlərə gətirib çıxarır. Ona görə də, insanları bu məsələlərdə məsuliyyətli davranmağa çağırıram. Günümüzdə təbii ki, dünyada koronovirusla mübarizə tədbirlərində müxtəlif araşdırmalar aparılır və yəqin ki, bu istiqamətdə müsbət nəticələr barədə məlumatlar da veriləcək. Göründüyü kimi ölkəmiz bu sahədə önləyici tədbirləri ən başdan qərar verənlər sırasındadır”. O sosial izolyasiya il bağlı qərarın verilməsini təbii hal saydı: “Təbii ki, bu qərarın özünün doğruluğunu isbat edən amillər var. O ki, qaldı dövlətimizin koronovirusla bağlı apardığı mübarizə tədbirlərinə və aparılan önləyici tədbirlər sırasında ən başlıcası təhsil müəssisələrinin işinin təcili dayandırılması və bu xüsusda verilən digər qərarlar bunu deməyə əsas verir ki, dövlətimiz xalqın sağlamlığını əsas tutur. Digər məsələlər zaman keçdikcə öz yerini tutacaq. O cümlədən təhsil müəssisəsi olaraq biz də verilən qərarın mahiyyətini anındaca tələbələrimizə izah etdikdən sonra bu müddət ərzində tövsiyə edilən bütün qaydalara əməl etmək tapşırığı vermişik. Eyni zamanda məlumat üçün onu da qeyd edim ki, universitetimizdə dezinfeksiya işləri aparılıb bu işlər mütəmadi olaraq davam etdirilir. Mən inanıram ki, xalqımız bu təhlükənin aradan qaldırılmasında verilən qərarlara diqqətlə yanaşıb tövsiyələrə ciddi riayət edəcək. Bir daha sosial məsuliyyət məsələsinə qayıdaraq qeyd etmək istərdim ki, hazırkı situasiyada sosial şəbəkə istifadəçilərinin də üzərinə böyük məsuliyyət düşür və dezinformasiya yayanlar bunun məsuliyyətini anlamalıdırlar. Panika yaradan xəbərlər yayanlar barəsində sərt tədbirlər görülməlidir. Bugünlər ölkəmiz və xalqımız üçün bir imtahandır. Göründüyü kimi dünyanın ən inkişaf etmiş ölkələri, Avropa virusla mübarizədə bəzi yanlışlıqlara yol verdiyini açıqladı. Məhz bu kimi reallıqları nəzərə alaraq ölkəmizin atdığı hər bir addımı vətəndaşlarımız üçün ciddiyyət təşkil etməlidir”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı
28.03.2020
“Cəzaçəkmə müəssisələrində koronavirusa qarşı bütün qoruyucu tədbirlər görülür“
28.03.2020
Azərbaycan epidemiyanın qarşısını almaq üçün fəal tədbirlər həyata keçirir
27.03.2020
QHT rəhbəri əhalini #evdəqal kampaniyasına qoşulmağa səslədi
27.03.2020
Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info