Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülür
Tarix: 01.10.2013 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putinin namizədliyinin Nobel sülh mükafatına təqdim olunması təklif edilib. Rusiyanın ictimai xadimləri və Dövlət Dumasının deputatları bu təkliflə çıxış ediblər.
“Bu, bizim təşəbbüsümüzdür. İl başa çatmaq üzrədir və şübhəsiz ki, 2013-cü ilin adamı Vladimir Putindir” - deyə Xalqların Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Hərəkatın koordinatoru Beslan Kobaxiya bildirib. O deyib ki, təşəbbüs qrupu təklifi Vladimir Putinlə razılaşdırmayıb: “Bu, ictimaiyyət nümayəndələrinin qərarıdır”. Dövlət Dumasının deputatı, tanınmış sənətçi İosif Kobzon da Vladimir Putinin sülh nominasiyası üzrə Nobel mükafatına təqdim olunması imkanının olduğunu söyləyib: “Bu mükafat Barak Obamaya da verilib, hansı ki, o, Suriyaya hərbi müdaxiləyə hazırlaşır. Lakin Rusiya lideri Suriyada müharibəni dayandırmağa çalışır və bu mükafatı almağa daha çox layiqdir”. İ. Kobzon qeyd edib ki, təşəbbüs qrupu V. Putinə müraciət etmədən bu addımı atıb: “Hesab edirəm ki, prezident Putin təvazökarlığından çətin ki, bu təklifi şərh etsin”.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Ermənistanda gələn il üçün də doğum və nikahın azalması proqnozlaşdırılır
19.06.2019
“Kıbrıs mövzusunda federasiya prosesi sona çatdı”
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info