Ermənistanda koronavirus böhranı: aciz qalan hökumət ianə toplayacaq
Tarix: 17.03.2020 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


“Ermənistan iqtisadiyyatının heç bir “təhlükəsizlik “yastığı” yoxdur və ehtimal olunan tədbirlər fors-major vəziyyətdə iqtisadiyyatın dağılmasının qarşısını ala bilməyəcək”

Ötən gün virus təhlükəsinin artması ilə bağlı Ermənistanda fövqəladə vəziyyət elan edildiyini bildirən “Lragir” saytı ölkədəki vəziyyətlə bağlı erməni rəsmilərin çıxışlarına diqqət çəkib.
Ölkə parlamentində həmişə olduğu kimi, yenə də utopiya açan baş nazir Nikol Paşinyan hər şeydən danışsa da, nədənsə, böhran zamanı hansı “yastığın” ölkə iqtisadiyyatını qoruyacağını açıqlamayıb. Çünki belə bir “yastıq” yoxdur və ehtimal olunan tədbirlər belə, fors-major vəziyyətdə Ermənistan iqtisadiyyatının dağılmasının qarşısını ala bilməyəcək. Bu gün Ermənistanda bəzi satış mərkəzləri istisna olmaqla, çox az sayda müəssisənin işlədiyini bildirən sayt buraya aptek və klinikaların da əlavə olduğunu qeyd edir: «Amma hazırda dövlət və özəl təhsil müəssisələri işləmədiyindən xidmət müəssisələri boş dayanmağa məcburdurlar». Sayt Paşinyanın dediklərinə istinadən, ölkədəki dövlət qurumlarında işləyənlərin məcburi iş vaxtı üçün maaş tutulmayacağını bildirsə də, özəl müəssisələrdə çalışanlara bu, şamil edilməyəcək. Paşnyanın bildirdiyinə görə, bu problemlər fərdi şəkildə həll edilməlidir. Erməni siyasətçilərini ən çox narahat edən başlıca məsələ Ermənistanın ölməkdə olan iqtisadiyyatını böhran zamanı heç olmasa az da olsa ayaqda saxlamaqdır. Belə görünür ki, bunun üçün onlar yenə də ianə toplantısına hazırlaşırlar. Bundan əlavə, ermənilər olmayan ölkə iqtisadiyyatını "qorumaq" üçün yeni bir fond yaratmaq istəyirlər. Məsələn, varlı dövlətlərin bu məqsədlər üçün dərhal milyardlar ayırdıqlarını xatırladan erməni saytı nümunə üçün Ukrayna prezidenti Vladimir Zelenskinin təcrübəsini göstərir. Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti ukraynalı iş adamlarına koronavirusun yayılması ilə mübarizə üçün 500 milyon dollar ayrılması tələbi ilə müraciət etmişdi. Maraqlıdır ki, ölkə prezidentinin bu müraciəti effekt verib. Belə bir təşəbbüsün Ermənistanda da həyata keçirilməsini arzu edən "Lragir" saytı ölkədəki siyasi partiya rəhbərlərinə müraciət ünvanlayaraq, onların ölkədə milli konsensus yaratmağa çağırıb. Ermənistan mediasına istinad edən sayt ötən gün bir neçə erməni iqtisadçısının iqtisadi məsələlərlə bağlı qapalı iclas keçirdiyini bildirsə də, bunun Ermənistan iqtisadiyyatı üçün heç bir “təhlükəsizlik yastığı” yaratmayacağına əmindir. Sayta görə, “təhlükəsizlik yastığı” kimi başa düşülən fond erməni siyasi partiyaları və varlı insanları tərəfindən yaradılmalıdır. Amma sual olunur - yaradılacaqmı? Fövqəladə vəziyyət şəraitində ölkədə keçiriləcək referendumunun təxirə salınması milli konsensusun təşəkkül tapmasının asanlaşdıra biləcəyini istisna etməyən sayt, Paşinyanın təbliğatının konsensusa qarşı işlədiyini gizlətmir. Yeri gəlmişkən, bildirək ki, artıq Ermənistan Mərkəzi Seçki Komissiyası bəyanat yayaraq konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsinin müəyyən vaxtadək təxirə salındığını bildirib. "Referendum fövqəladə vəziyyət şəraitində keçirilə bilməz". Bunu isə baş nazir Nikol Paşinyan "Mənim addımım" fraksiyasından olan deputat Arusyak Djulakyanın sualına cavab olaraq deyib. Erməni baş nazirin sözlərinə görə, "referendum fövqəladə vəziyyət rejimindən 50 gün əvvəl, 65 gündən gec olmayaraq keçiriləcək. Referendumun təbliğat prosesi bitdiyi yerdən başlayacaq".
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Latviyada koronavirusa yoluxanların sayı 370-i ötüb
30.03.2020
Estoniyada koronavirusa yoluxanların sayı 715 nəfərə çatıb
30.03.2020
Sabahdan Gürcüstanda komendant saatı tətbiq ediləcək
30.03.2020
Gürcüstanda sabahdan ümumi karantin tətbiq olunacaq
30.03.2020
Ermənilər artıq qaçmağa yer tapmırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info