“ÜST-nın və Operativ Qərargahın koronavirusla bağlı tövsiyələrinə insanlar ciddi yanaşmalıdır”
Tarix: 17.03.2020 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


“ÜST-nın və Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı əhaliyə vacib olan tövsiyələri vardır ki, insanlar buna ciddi yanaşmalıdır. Çölə çıxanda maskadan istifadə etmək, əlləri yumaq, spirtlə təmizləmək, iş yerlərini dezinfeksiya etmək və s. kimi önləyici profilaktik tədbirlər görmək çox vacibdir. ÜST-nın və Nazirlər kabineti yanında Operativ qərargahın koronavirusla bağlı tövsiyə və təlimatlarında əsas iki məsələyə diqqət çəkir. Bunlardan birincisi ətraf mühit ilə səthi təmas və digəri isə virusa qarşı insan bədəninin immunitetinin güclü olmasıdır”. Bu fikirləri təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Palitra”ya bildirib.
O deyib ki, birinci məsələ ətraf mühit ilə səthi təması, yəni əl ilə, nəfəs yolu ilə xəstəliyə yoluxmuş şəxsnən kontakta girməməkdir: “Təbii ki, biz bilə bilmərik ki qarşımızdakı insan xəstəliyə yoluxub yoxsa yox. Ona görədir bu xüsusi rejim , restoran – kafelərin , iaşə obyeklərin , şadlıq saraylarının bağlanılması , tədris mərkəzlərinin , məktəblərin bağlanılması .. Yəni bu virusa yoluxmuş insanlarnan fiziki olaraq birbaşa yaxud yaxında əlaqə olmasın . Əllərimizi yuyuruq , spirtləyirik vaxtı vaxtında bu öz yerində , ancaq diqqət yetirməli olan bir neçə nüansı qeyd etmək istəyirəm.
Marketlərdən alış - veriş edən zaman nağd şəkildə deyil, kartdan etməyə üstünlük vermək və hər kartdan istifadədən sonra kartı dezinfeksiya etmək (pulla təmas olmasın deyə).
Marketdən yaxud aptekdən alış – veriş edib evə gətirdiyiniz məhsulları ( yağ , çay , qənd , şəkər tozu, un, düyü və s. ) qablaşdırılmış paketdən çıxardıb evdəki qablara boşatmaq və paketləri tullamaq və əlləri yumaqla çöldən içəri heçnə gətirmədiyinə əmin olmaq olar. Nəzərə almaq lazımdır ki, marketdə o paketlərə sizdən başqa da onlarla müştərini əli dəyib.
Çöldən (işdən ) evə gələndə paltarları digər geyimlərnən eyni şkafa qoymamaq (çöldən içəri heç nə gətirmədiyinə əmin olmaq olar).
Çöldən evə gələndə ayaqqabını dezinfeksiya etmək (çöldən içəri heç nə gətirmədiyinə əmin olmaq olar).
Şəxsi əşyaları (saat, bilərzik , müxtəlif aksessuarlar, mobil telefon və s.) hər evə gələndə dezinfeksiya etmək (çöldən içəri heç nə gətirmədiyinə əmin olmaq olar).
Şəxsi avtomobili hər gün dezinfeksiya etmək (həyət evlərində yaşayanlar avtomobili həyətdə , yaxud qarajda saxlayır , ona görə xüsusi ilə diqqət etməlidir ki, çöldən içəri heçnə gətirmədiyinə əmin olmaq üçün).
Bunlar sadəcə xarici səth ilə təması azaltmaq üçündür, digər profilaktik tədbirlərdə mütləqdir.
İkincisi isə immunitetdir ki, onu da sağlamlıq rəmzi olan hər gün səhərlər 15-20 dəqiqə idman etməklə, qidalanmaya fikir vermək, sağlam qidalar qəbul etmək, alkoqollu içkilər, siqaretə yox deməklə immuniteti yüksəltmək olar”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək
03.04.2020
Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı
03.04.2020
Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03.04.2020
DMX koronavirusla bağlı növbəti videoçarx hazırladı - VİDEO
03.04.2020
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info