Belarus və Qazaxıstan Gömrük İttifaqından narazıdır
Tarix: 01.10.2013 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Qırğızıstan və Ermənistanın Gömrük İttifaqına daxil olmaq istəyi fonunda Qazaxıstanda respublikanın birlikdən, eyni zamanda Vahid İqtisadi Məkandan çıxmaqla bağlı iri miqyaslı hərəkat başlayıb. “Rosbalt” bildirir ki, hərəkatın fəalları Almatıda təşəbbüs qrupunun iclasını keçiriblər və orada regionlardan gəlmiş 500 nəfər iştirak edib.
Təşəbbüs üzrə referendum keçirilməsi üçün onların 200 min səs toplaması lazımdır və daha sonra səlahiyyətli instansiyalara müraciət edə bilərlər. Bundan başqa, respublikanın tanınmış ictimai xadimləri Avrasiya İttifaqına girmək niyyətindən imtina edilməsi üzrə də bəyanat qəbul ediblər. Bu məsələdə gənclər xüsusilə fəallıq göstərir. Gənclər təşkilatlarından birinin rəhbəri Janbolat Mamay “Matrisa. kz” saytına bildirib ki, Qazaxıstanın Avrasiya İttifaqına girməsi qazax dövlətçiliyi üçün böyük təhlükədir. Onun sözlərinə görə, “iqtisadi inteqrasiya maskası altında Kremlin iyrənc imperiya iddiaları durur”. Hökumət təmsilçiləri də inteqrasiya proseslərindən məyus olublar. Maliyyə naziri Bolat Jamişev də Gömrük İttifaqına girməyin Qazaxıstan ixracatı üçün əlverişsiz nəticələndiyini vurğulayıb. Onun sözlərinə görə, bu məsələdən sonra Qazaxıstan məhsullarının Rusiya və Belarusa ixracı yetərincə azalıb, saldo Qazaxıstanın ziyanına dəyişib. Qeyd edək ki, Gömrük İttifaqı ilə bağlı narazılıq dalğası Belarusda da yaranmağa başlayıb. Məsələ ondadır ki, Gömrük İttifaqının qaydalarına uyğun olaraq belaruslu sahibkarlar yeni şərtlər çərçivəsində fəaliyyət göstərməli olacaqlar. Məsələ ondadır ki, yüngül sənaye istehsalçıları məhsullarını yeni şərtlərlə sertifikatlaşdırmalı olacaqlar. Rusiya, Qazaxıstan və Belarus arasında imzalanan müvafiq sənədə əsasən yeni gömrük qaydaları gələn ilin iyul ayının 1-dən etibarən qüvvəyə minəcək. “Nezavisimaya qazeta”nın məlumatına görə, Belarusdan olan sahibkarlar yeni qaydaların onların maraqlarına uyğun olmadığını əsas göstərərək etiraz aksiyası keçirməyə hazırlaşırlar. Noyabr ayının 1-dən etibarən hər üç ölkənin gömrük orqanları sertifikatları yoxlamağa başlayacaqlar. Sertifikatları olmayan məhsullara cəzalar gələn il iyulun 1-dən etibarən tətbiq ediləcək. Belarusdan olan sahibkarlar iddia edirlər ki, yerli hakimiyyət orqanları onları aldadır və yüngül sənaye məhsullarına cərimələr bu ildən tətbiq olunacaq. Bir qisim sahibkarlar isə gələn ilin ortalarına kimi Gömrük İttifaqının şərtlərinə əməl etmək iqtidarında olmayacaqlar. Belaruslu sahibkarları ən çox narahat edən məsələ xırdavat mallarına da sertifikatların tələb olunmasıdır. İndiyə qədər Belarus vasitəsilə Moskva bazarına ötürülən Çin malları üçün bundan sonra sertifikat tələb olunacağı narazılıq yaradıb. Sahibkarlar Belarus iş adamlarının maraqlarını qorumayan Gömrük İttifaqını rədd edirlər. “Maraqlarımızı qorumayan ittifaq bizə lazım deyil. Sahibkarlar böyük etiraz aksiyası keçirməyə hazırlaşırlar. Hələ ki, hakimiyyətdən bu problemin həll olunmasını gözləyirik» deyə belaruslu Anatoli Şumçenko bildirib. O, qeyd edib ki, bazara çıxarılan məhsul üçün sertifikat almağa təxminən 50 dollar ödəmək lazımdır: «Belə çıxır ki, bazara 5 cüt ayaqqabı çıxaran kiçik sahibkar onun ikisinin qiyməti məbləğində sertifikat üçün pul ödəməlidir. Bu isə sahibkarı məcbur edəcək ki, ayaqqabıların qiymətini artırsın”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
26.11.2020
UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb
26.11.2020
“Vətən Müharibəsi Qəhrəmanı“ adı təsis edildi - Əsasnamə təsdiqləndi
26.11.2020
Milli Məclis Vətən müharibəsi ilə əlaqədar yeni orden və medalları təsdiqlədi
26.11.2020
Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, sadə həqiqəti dəyişə bilməz: Qarabağ Azərbaycandır - Baş konsul

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info