“Builki seçkiyə maraq olduqca böyükdür”
Tarix: 01.10.2013 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Tural Şirinov: “Son illər belə bir ölkə yoxdur ki,
iqtisadi cəhətdən Azərbaycan kimi inkişaf etsin”


Bu gün ölkə daxilindəki gənclərlə yanaşı, xaricdəki gənclərimiz də qarşıdan gələn prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasında aktivlik göstərirlər. Belə gənclərimizdən biri də 25 ildir ki, Estoniyada yaşayan və diaspor sahəsində fəal olan Tural Şirinovdur.
-Xaricdəki gənclərin seçki fəallığının artırılması üçün hansı tədbirlər keçirirsiniz?
-Mən diaspor işləri ilə məşğul olmağa başladıqda, o zaman yalnız Estoniya daxilində iş kimi başa düşülürdü, lakin təcrübə artdıqca mən beynəlxalq səviyyədə işləməyə başladım. Çünki bu gün tək bir ölkə ilə məhdudlaşmaq lazım deyil. İnternetin inkişafı ilə bizim gəncliyin nümayəndələri və yaşlı nəsil ilə tanışlıq daha da asanlaşıb. Uzun illər boyu, hətta demək olar ki, uşaqlıqdan bizim ailə, daha doğrusu mərhum atam mənə Heydər Əliyevin hakimiyyətindən, onun Azərbaycan xalqı, Vətəni üçün etdiyi işlər haqqında danışırdı. Lap uşaqlıqdan mən Əliyevlər ailəsi ilə maraqlanmağa başladım və demək olar ki, 17 yaşımdan müxtəlif konfranslarda iştirak etməyə, Azərbaycan ədəbiyyatını oxumağa, dərindən bizim tarixi keçmişimizi öyrənməyə başladım. Bu, mənim çox xoşuma gəlirdi və mən həmişə fəxr edirdim və edəcəyəm ki, mən azərbaycanlıyam.
Bir neçə il bundan qabaq mən “Facebook”da dövlətçiliyə həsr edilən üç səhifə yaratmışam. Bu səhifədə Azərbaycan diasporunun bir çox nümayəndələri, siyasətçilər, tarixçilər, tanınmış simalar yer alıblar.
Artıq o vaxtdan mən Prezident İlham Əliyevin dəstəklənməsi üçün təbliğat aparıram. İldə bir dəfə müxtəlif tədbirlərdə iştirak etmək lazım deyil. Həqiqətən ölkəsini və Prezidentini sevən hər kəs bunu hər gün etməlidir. Bu yaxınlarda mən “Facebook”da Prezident İlham Əliyevə dəstək olaraq bir “event” yaratmışam və demək olar ki, 1 həftə ərzində biz 1000 nəfər üzv yığdıq. Lakin bu, İlham Əliyevə hörmət edən və ona dəstək verən insanların çox cüzi hissəsidir, onların sayı milyonlarladır.
Mənim məqsədim yolunu azmış və müxalifətə inanan gənclərin gözünü açmaqdır. Həmin gənclərə söz verməkdən başqa heç nə edə bilmirlər. İndi internet zamanıdır və buna ciddi yanaşmaq lazımdır.
- Gənclərdə seçkiyə maraq necədir?
- Builki seçkiyə maraq olduqca böyükdür, bunu internetdə də hiss etmək olar. Prezidentə dəstək olaraq çoxlu sayda qruplar yaradılıb, insanlar sosial şəbəkələrdə müxtəlif debatlar aparır və bu, məni, öz ölkəsinin vətənpərvərləri və Prezidentin tərəfdarlarını çox sevindirir. Gənclər daha fəal olub və öz fikirlərini daha fəal olaraq bildirməyə başlayıb. Onların hamısı ilə işləmək, hətta yolunu azaraq müxalifətə inanan şəxslərlə birgə işləmək lazımdır, çünki onların bəziləri yaxşı insanlardır və onların gözünü açmaq və doğru yola istiqamətləndirmək lazımdır- bu bizim borcumuzdur. “Facebook”da yaradılan və Prezidentin təşviqatı ilə fəal şəkildə məşğul olan “Prezidentə Dəstək 2013” qrupudur. Mən belə vətənpərvərlərlə fəxr edirəm ki, onlar sözdən işə keçir, onlar başqalarının gördüyü işləri də görür. Lakin bu son deyil və bizim gənclər, bəziləri ciddi işlər görməli və vətənin maraqlarını hər yerdə qorumalıdır.
- Gənclərimiz Prezidentə dəstək kampaniyalarında fəal iştirak edirlərmi?
-Bəli, gənclər bununla fəal məşğuldurlar və bu gün mən fəxrlə müşahidə edirəm ki, bizim gənclər necə də Vətənin nüfuzunu qaldırmaq və Prezident İlham Əliyevə qarşıdan gələn seçkilərdə dəstək vermək üçün səylərini əsirgəmirlər. Bu gün bizim gənclər, diaspor və xaricdə təhsil alan tələbələr Azərbaycanda gedən bütün prosesləri və xəbərləri izləyirlər. Onlar üçün Azərbaycanda baş verən bütün hadisələr vacibdir. Biz Estoniyadakı azərbaycanlı gənclər və ümumilikdə bütün diaspor boş dayanmırıq. Artıq “Facebook”da təşviqata başlamışıq. Bu gün onlarla, yüzlərlə, hətta minlərlə insan “online” videoları paylaşırlar və sosial şəbəkələrdə olurlar. Mən əminliklə deyə bilərəm ki, bu gün bizim vətənpərvər gənclər internetdə müxtəlif qruplar, Prezidentə dəstək səhifələri yaradır, bu da mənim kimi vətənpərvər birini çox sevindirir. Mən də heç vaxt Azərbaycanda baş verən proseslərdən kənar qalmıram, Prezident İlham Əliyevi dəstəkləyirəm. Çünki bugünkü Azərbaycan ilk növbədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərinin bəhrəsidir və İlham Əliyev bu kursun davamçısıdır. Prezidentə dəstək kampaniyasında ilk il deyiləm və son günə qədər sosial şəbəkələrdə Prezidenti dəstəkləyən informasiyalar yaymaqla məşğul olacağam. Bu gün Azərbaycanın uğurlu inkişafı artıq bir reallıqdır. Əlbəttə ki, bunu həm ölkə əhalisi, həm də beynəlxalq ictimaiyyət də görür. Son illər belə bir ölkə yoxdur ki, iqtisadi cəhətdən Azərbaycan kimi inkişaf etsin. Bildiyiniz kimi hazırda Azərbaycanda müntəzəm olaraq böyük beynəlxalq tədbirlər keçirilir. Humanitar forumlar, sivilizasiyalararası forumlar, sammitlər, dünya dinlərinin rəhbərlərinin sammitləri. Hamı necə deyərlər, bir rəydədir ki, Azərbaycanda bu sahədə işlər ən yüksək səviyyədədir və bizim gənclər bunda fəal iştirak edirlər. İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirir. İlham Əliyev Heydər Əliyevdən bir çox cəhətləri götürüb, ilk növbədə müdriklik və səbir, buna görə də biz həmişə İlham Əliyevə dəstək vermiş və verəcəyik.
- Gənclərimiz nə dərəcədə cənab Prezidentin ətrafında toplaşıblar?
- Öz fikrini və ideyalarını hörmətli Prezidentə çatdırmağın bir çox üsulu var, ilk növbədə internet vasitəsilə. Bu təkcə məni deyil, bütün gəncləri sevindirir. İndi bizə bir yerə toplaşmaq və öz fikirlərimizi ifadə etmək, Prezidentə dəstək üçün konfranslar keçirmək, ünsiyyət qurmaq və bu mövzuları sosial şəbəkələrdə müzakirə etmək asan olub. Prezident Azərbaycanın hər bir vətəndaşı və qeyri-vətəndaşı haqqında düşünür və mən inanıram ki, biz seçkidən əvvəl və sonra Prezidentə dəstək olaraq təbliğat aparacaq böyük bir tərəfdaş ordusuyuq. Ədalətli olmaq lazımdır. Bütün sahələrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər göz qabağındadır. Bunu bütün obyektiv müşahidəçilər də qeyd edir. Bunu biz də, yəni Azərbaycandan kənarda yaşayan gənclər də dəyərləndiririk. Mən həmişə deyirəm və yenə də təkrarlayıram ki, vətəndaşlıq heç bir rol oynamır, çünki biz hamımız azərbaycanlıyıq və İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir.
- Azəbaycan müxalifətinin seçkiöncəsi atdığı addımlar xaricdən necə görünür?
- Müxalifət hələ mən kiçik olanda mənim üçün öz əhəmiyyətini itirmişdi. Hələ o vaxtdan mən başa düşürdüm ki, Heydər Əliyev necə də güclüdür və onun hakimiyyətə gəlişi bizim vətən üçün Allah tərəfindən göndərilən bir xilaskar idi. Təkcə mən deyil, Estoniyada bir çox dostlarım və tanışlarım Azərbaycanı inkişaf etmiş və güclü və stabil iqtisadiyyatı olan bir dövlət kimi tanıyırlar. Müxalifət haqqında heç söhbət belə olmur, çünki hamı bizdəki müxalifətin necə də yalan olduğunu, onların öz aralarında hətta razılığa və barışığa gələ bilmədiklərini görür. Öz mitinqlərinə 200 nəfər belə toplaya bilməyən müxalifət bizə parlaq gələcək vəd edir. Lakin hansı gələcəkdən söhbət gedir ki, onların 90-cı illərdə hakimiyyəti dövründə ölkə sürətlə dağılırdı və bundan sonra müdrik Heydər Əliyevə onların səhvlərini düzəltmək və ölkəni yüksəltmək lazım oldu. Xaricdə bilirlər ki, ölkə əhalisi müxalifəti dəstəkləmir. Azərbaycan vətəndaşları siyasi cəhətdən kifayət qədər təcrübəyə malikdir və onların etimadını sadə vədlərlə qazanmaq mümkün deyil. Buna görə də mənim məqsədim hələ də çaşbaş qalan və kimin tərəfini saxlamağı müəyyən etməyən bəzi gənclərin gözlərini açmaq və onları düzgün səmtə yönəltmək olub və olacaq. Biz Prezident İlham Əliyevləyik və hamını seçkilərdə İlham Əliyevə dəstək verməyə çağırırıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info