Mütəxəssis hazırlığı ön plandadır
Tarix: 01.10.2013 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 173-cü məşğələsi keçirilib. NDU-nun mətbuat şöbəsindən bildiriblər ki, “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusuna həsr olunmuş növbəti məşğələni giriş sözü ilə açan rektor, professor Saleh Məhərrəmov ümummilli liderin Azərbaycan təhsilinin inkişafına, milli kadr potensialının formalaşmasına yönəldilmiş təhsil siyasətinin bəhrələrindən söz açıb. Bildirilib ki, ümummilli liderin elm, təhsil strategiyası bu gün uğurla davam etdirilir.
Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov mövzu ilə bağlı ətraflı məruzə edib. Qeyd olunub ki, hələ sovetlər dönəmində - 1984-1987-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə ümumtəhsil və peşə məktəblərində uğurlu islahatlar həyata keçirilmiş, azərbaycanlı abituriyentlərin keçmiş SSRİ-nin ən qabaqcıl ali təhsil ocaqlarında dövlət hesabına təhsil almaları təmin olunub. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər müstəqillik illərində də Azərbaycan təhsilinin inkişafına böyük diqqət göstərib. Bu dövrdə milli təhsilin inkişaf strategiyası uğurla həyata keçirilmiş, yeni təhsil müəssisələri yaradılıb, təhsil işçilərinə dövlət qayğısı artıb. Elmin, təhsilin inkişafı, milli pedaqoji kadr potensialının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Elmimizin dünya elminə inteqrasiyası istiqamətində görülən işlər, milli təhsil sisteminin inkişafında vacib amillərdən biri hesab olunan ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi, ali və orta ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi buna parlaq sübutdur. Bu gün Azərbaycanda mütəxəssis hazırlığı ön plana çəkilib, kadr potensialına diqqət artıb. Natiq çıxışının sonunda əminliklə bildirib ki, universitetin kollektivi 9 oktyabr - prezident seçkilərində fəallıqla iştirak edəcək, Azərbaycanın firavan gələcəyinə səs verəcəklər. Məşğələnin sonunda Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş tələbələrə üzvlük vəsiqəsi təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Zərdabda gənclər arasında intellektual yarış keçirilib
18.11.2019
Masallıda XXV ənənəvi Respublika turnirinə yekun vuruldu
17.11.2019
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq
17.11.2019
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16.11.2019
Həftəsonu ölkə ərazisində 16 dərəcə isti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info