Simensin xatirələri Azərbaycan dilində nəşr olunub
Tarix: 01.10.2013 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Verner fon Simensin Qafqaza səyahət xatirələri Azərbaycan dilində nəşr olunub.
“Qafqaz səfərləri” adlanan əsəri alman dilindən Azərbaycan dilinə Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı Azər Babayev tərcümə edib. Bu kitab Azərbaycan tarixşünaslığına töhfə, xüsusən də bölgələrimizin tarixini öyrənmək üçün mühüm əhəmiyyəti olan əsərdir. Elektrotexnikanın yaradıcısı kimi dünyada məşhur olan Simens AG-nin qurucusu Verner fon Simens Azərbaycanda həm də başqa bir səbəbdən məşhurdur. Bu da onun qardaşları Karl və Valterlə birlikdə 1864-cü ildə Gədəbəydə mis mədənini alması və özünün də dediyi kimi, uzun müddət bu “cənnət məkanda”kı fəaliyyəti ilə bağlıdır. Verner fon Simens həyat xatirələrini 1889-1892-ci illərdə qələmə alıb. “Ömür xatirələri” adlı əsərində o, Qafqaz regionuna səfər xatirələrindən fərəh hissi ilə bəhs edib. XIX əsrin ikinci yarısında üç dəfə - 1865-ci, 1868-ci və 1890-cı illərdə Gədəbəyə səfərləri zamanı rəhbərlik etdiyi firmanın dağ-mədən fəaliyyətindən, Qafqazda, xüsusən də Gürcüstan və Azərbaycanda yaşadıqlarından, habelə başına gəlmiş çox maraqlı və təhlükəli sərgüzəştlərdən söhbət açıb. Əsərdə Verner fon Simensin Gədəbəyin təbiətini və yerli əhalisini ən gözəl sözlərlə tərənnüm etməsi diqqəti cəlb edir.
Bu nəşrlə Verner fon Simensin Qafqaza səfər xatirələri ilk dəfə ana dilimizdə Azərbaycan oxucularının diqqətinə təqdim olunub. Yeni nəşrə əsərin alman dilindəki əsli də əlavə edilib.






 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib
06.12.2019
Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşılayıblar
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək
05.12.2019
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info