Salyan rayonunun 17 kəndinə keyfiyyətli su veriləcək
Tarix: 01.10.2013 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması üzrə genişmiqyaslı işlər həyata keçirir.
Belə layihələrdən biri içməli sudan əziyyət çəkən Salyan rayonunun Xıdırlı kəndində icra edilib və oktyabrın 1-də kəndə su verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov uzun illər Xıdırlı kəndində içməli su probleminin olduğunu qeyd edib, “Azərsu” ASC tərəfindən həyata keçirilmiş layihənin icrası nəticəsində qısa müddətdə kəndin su təchizatının yaxşılaşdırıldığını diqqətə çatdırıb. O, gələcəkdə rayonun digər kəndlərində də içməli su layihələrinin icra ediləcəyini bildirib.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov adıçəkilən Dövlət Proqramına uyğun olaraq içməli su çatışmazlığı müşahidə olunan yüzlərlə yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirib: “ Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq içməli su problemi müşahidə olunan kəndlərdə təxirəsalınmaz tədbirlər görülür. Bəzi kəndlərdə ilk dəfə olaraq mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır, elə kəndlərimiz də var ki, həmin yerlərdə vaxtilə yaradılmış infrastruktur istismar müddətini başa vurduğundan əhalinin tələbatını ödəmək iqtidarında deyil. Xıdırlı kəndində də belə vəziyyət yaranıb və layihə çərçivəsində kəndə yeni magistral su xətti çəkilib, paylayıcı şəbəkə yaradılmaqdadır. 2013-cü ildə “Azərsu” ASC tərəfindən Masallı, Yardımlı, Lerik, Qusar, İsmayıllı, Qobustan, Balakən, Zaqatala, Gədəbəy və digər rayonların kəndlərində su layihələrinin icrasına başlanıb və bəzi yaşayış məntəqələrində işlər yekunlaşıb”. E.Məmmədov 2014-cü ildə Şirvan-Muğan kəmərindən Salyan rayonunun 17 kəndinə keyfiyyətli suyun veriləcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, “Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi” kəndin 3312 sakininin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihəyə uyğun olaraq kəndə su Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı kəmərindən verilir. Bu məqsədlə 15,7 km uzunluğunda yeni magistral su xətti çəkilmiş və mövcud şəbəkəyə birləşdirilib. Eyni zamanda yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək yenisi tikilib, müxtəlif diametrli polietilen borularla 19 km uzunluğunda kənddaxili şəbəkə yaradılıb və hazırda bu sahədə işlər davam etdirilir. Layihə çərçivəsində hər birinin tutumu 300 kubmetr olan mövcud 2 ədəd su anbarı təmir olunacaq, paylayıcı şəbəkədə işlər tam başa çatandan sonra hər bir evə birləşmə veriləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19.04.2019
Bakıda İran Ticarət Mərkəzi açılıb
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info