“Azərbaycanda futbola üstünlük vermək lazımdır“
Tarix: 18.03.2020 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Rusiyanın “Lokomotiv” klubunun baş məşqçisi Yuri Syomin “moscow-baku.ru” saytına müsahibə verib.
Qol.az xəbər verir ki, “Qəbələ”nin sabiq çalışdırıcısı Avro-2020-nin bir il sonraya təxirə salınmasından, bunun oyunların təşkilinə təsirindən və Azərbaycanda futbolun durumundan danışıb.

- Yuri Pavloviç, necə hesab edirsiniz, koronavirusla bağlı yaranan indiki durumda Avropa çempionatının vaxtının dəyişdirilməsi düzgün qərardır?

- Hesab edirəm ki, bu qərar tam düzgündür. Əgər bu virus böyük sayda insanların sağlamlığı və həyatı üçün təhlükə yaradırsa, ən yaxşısı öncədən təhlükəsizlik tədbirləri görməkdir. Biz UEFA-nın qərarını qəbul etməli və Avro-2021-ə hazırlaşmalıyıq.

- Avropa çempionatının 2021-ci ilə keçirilməsi oyunların təşkilinə təsir edə bilərmi?

- Rusiyadakı bütün yarışlar həmişə ən yüksək səviyyədə keçirilir. Bunu 2018-ci ilin dünya çempionatı da təsdiqləyib. İstənilən vaxtda, istər 2020-ci, istər 2021-ci il olsun. Buna görə də Rusiya üçün Avropa çempionatının növbəti ilə keçirilməsi heç nəyi dəyişmir. Rusiya istənilən vaxt Avropa çempionatının matçlarını lazım olan səviyyədə keçirəcək. Ölkəmizdə dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün bütün şərait var.

- Azərbaycanın Avropa çempionatına hazırlığını necə qiymətləndirirsiniz?

- Bakıda gözəl Olimpiya Stadionu var. Sadəcə möhtəşəmdir. Azərbaycanlılar qonaqları həmişə sevinclə qarşılayan duz-çörəkli və qonaqpərvər xalqdır. Mən hesab edirəm ki, Azərbaycanda keçirilən bütün idman tədbirləri həmişə yaxşı təşkil edilib. Məhz buna görə Azərbaycan futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi ölkələr siyahısına daxil olub.

- Azərbaycan futboluna dünya səviyyəli yarışlarda qalib gəlmək üçün hansı məsləhət verərdiniz?

- Mən liqaya daha çox diqqət ayırmağı, həmçinin klubların yaxşı sponsorlara malik olmalarını məsləhət görərdim ki, onlar da futbolun şaquli istiqamətdə - yeniyetmələr, peşəkar komandalar, millilər – inkişafına kömək etsin. Mən Azərbaycanda işləyəndə futbola çox böyük diqqət ayırırdılar. Bu idman növünə üstünlük vermək lazımdır. Onda Azərbaycan yığması qalib olacaq.





 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Dibala və onun sevgilisində yenidən koronavirus aşkarlanıb
05.04.2020
“Liverpul“ işçilərini tətilə göndərdi
04.04.2020
“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxub
03.04.2020
“Borussiya“nın stadionu tibbi mərkəz kimi fəaliyyət göstərəcək
03.04.2020
“Zirvə Astara” klubu basketbol üzrə Azərbaycan çempionu elan edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info