“Ermənistan hakimiyyətinin böhran əleyhinə heç bir tədbirlər planı yoxdur”
Tarix: 18.03.2020 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Ermənistanda aparıcı sahə kimi dəyərləndirilən turizm və mədən sənayesinin dünya bazarlarında formalaşan situasiyadan faydalanmaq şansı yoxdur. Hazırkı vəziyyət qarşısında Ermənistan hökuməti heç bir ciddi addım atmaq iqtidarında deyil və vəziyyət ümidsizdir”

«Bu gün daha çox koronavirusun yayılması ilə əlaqələndirilən qlobal iqtisadi böhran Ermənistan üçün ciddi iqtisadi çətinliklərlə yanaşı, həm də böyük imkanlar təqdim edir». Nikol Paşinyanın ötən cümə səsləndirdiyi bu fikirlərə münasibət bildirən «Qolos Armenii» saytı bu yalanların əvvəlki erməni hökuməti rəhbərləri tərəfindən də 2008-2009-cu illərdə də səsləndirdiyini bildirir. Saytın etirafına görə, əvvəlki hökmət də ictimaiyyətə belə yalanlar danişib və nəticə fiasko olub. Yəni, təcrübə göstərdi ki, dünya iqtisadiyyatında yaranan hansısa imkanlardan istifadə Ermənistana aid deyil. Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı bunun üçün heç bir təsirli vasitəyə sahib deyil. Sayt bir daha qeyd edib ki, bu gün ermənilərin əsas aparıcı sahə kimi dəyərləndirdikləri turizm və mədən sənayesinin hazırda dünya bazarlarında formalaşan situasiyadan faydalanmaq şansı yoxdur. Bununla yanaşı, sayt qeyd edir ki, hazırkı vəziyyət qarşısında Ermənistan hökuməti heç bir ciddi addım atmaq iqtidarında deyil və vəziyyət ümidsizdir: “Bu gün Ermənistan hakimiyyətində böhranın nəticələrini yüngülləşdirə bilən, baş nazirin dediklərindən fərqli olaraq böhranın əleyhinə addım atmağa kömək edə biləcək tədbirlər planı yoxdur. Lakin bütün bunlara baxmayaraq Paşinyan çox məmnun görünür. Yəqin xatırlamış olarsınız, bir müddət əvvəl baş nazir kapital xərclərinin artırılması ilə bağlı planlarını açıqladı. Lakin gəlin etiraf edək ki, burada böhrana qarşı mübarizəylə bağlı heç nə yoxdur. Paşinyanın bir-birinə zidd fikirlər söyləməsinin hansı məntiqə əsaslandığı başadüşülən deyil. Məsələn, ötən payız Ermənistanın 2019-cu il üçün planlaşdırılan büdcəsini tam icra edə bilməyəcəyini bildirən Paşinyan ölkədə korrupsiya və digər sui-istifadə hallarının aradan qaldırılmasını əsas vəzifəsi hesab etmişdi. Baş nazir həmin ərəfədə vəsaitin yalnız büdcədən xərclənməməsini də məsləhət görmüşdü. «Dövlətin pulu var, lakin onların səmərəli xərclənməsi üçün vasitə yoxdur». Bunlar da Paşinyanın fikirləridir. Bu gün, Nikolun təəbirincə desək, doğrudan da dünya iqtisadi böhranı Ermənistan üçün ciddi iqtisadi çətinliklərlə yanaşı, həm də böyük imkanlar yaradacaqsa, bu halda, dövlətin yatıb qalmış pulunu xərcləmək olar».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Latviyada koronavirusa yoluxanların sayı 370-i ötüb
30.03.2020
Estoniyada koronavirusa yoluxanların sayı 715 nəfərə çatıb
30.03.2020
Sabahdan Gürcüstanda komendant saatı tətbiq ediləcək
30.03.2020
Gürcüstanda sabahdan ümumi karantin tətbiq olunacaq
30.03.2020
Ermənilər artıq qaçmağa yer tapmırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info