Tanınmış şair və dramaturq Fuad Babanlı vəfat edib
Tarix: 18.03.2020 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Martın 17-də tanınmış şair və dramaturq, dövlət mükafatı laureatı, sərbəst güləş üzrə SSRİ idman ustası Fuad Babanlı vəfat edib.
Babanlı Fuad Abdulla oğlu 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub. 1971-ci keçmiş Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis olub. 1964 – 1967-ci illərdə ordu sıralarında xidmətdə olub.
Sərbəst güləş üzrə SSRİ idman ustası idi. Müxtəlif vəzifələrdə çalışıb.
Fuad Babanlı 1982-ci ildə bədii yaradıcılığa başlamışdır. “Tənha qalmayasan” adlı ilk kitabı 1995-ci ildə çap olunmuşdur. O, Azərbaycan televiziyasında uzun illər göstərilmiş 20 Yanvar faciəsi ilə bağlı “Qanla yazılan gecə” televiziya filminin ssenari müəllifidir. Həmin film televiziyanın qızıl fondunda saxlanılır. 2015–ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülmüşdür. 12 kitabın müəllifi olan Fuad Babanlı Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. İki oğlu, dörd nəvəsi var. Xatırladaq ki, Fuad Babanlı dünya şöhrətli azərbaycanlı ovçu Faiq Babanlının atasıdır. Qeyd edək ki, Fuad Babanlı doğulduğu Qazax şəhərində dəfn edilib.
Allah rəhmət etsin!




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib
30.03.2020
Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb
30.03.2020
Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər
30.03.2020
Tibbi maskalar barədə ümumi maarifləndirici məlumat
29.03.2020
Operativ Qərargah: Azərbaycanda daha 27 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info