Məcburi köçkün ailələrinə bayram sovqatı paylandı
Tarix: 18.03.2020 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyi məcburi köçkün ailələrə bayram sovqatı paylayıb.
Dövlət Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin həssas təbəqəsi olan məcburi köçkünlər Novruz bayramını böyük ümidlə gözləyir, tezliklə doğma yurda qayıtmaq arzusu və inamı ilə bayram tonqalı ətrafına toplaşırlar. Sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkün ailələrinin bayramı el adətlərinə uyğun keçirməsinə dəstək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyi tərəfindən birgə humanitar yardım aksiyası təşkil edilib.
Məcburi köçkünlərin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev onların sosial problemlərinin həllini dövlət siyasətinin prioritetlərindən biri elan edib və bununla əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva onlara xüsusi qayğı göstərilməsini, təhsil, sağlamlıq məsələlərini daim diqqətdə saxlayır.
Bildirilib ki, hazırda koronavirus xəstəliyinin qlobal pandemiyaya çevrilməsi ilə bağlı yaranmış fövqəladə şəraitdə respublikamızda əhalinin, o cümlədən məcburi köçkünlərin bu təhlükəli virusdan qorunması üçün kompleks tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi sosial izolyasiya tədbirlərinin icrası zəruridir, bu sahədə görülən işlərə hər bir vətəndaşın, bütün cəmiyyətin dəstəyi vacib şərtdir.
Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyinin nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” və “Ümid” yaşayış komplekslərində yaşayan 2500-dən çox məcburi köçkün ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bildirilib ki, hər üç təşkilat daim onların yanında olacaq, belə görüşlər davamlı xarakter daşıyacaq.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib, dövlətimizin gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə, doğma Qarabağın hər yerində Novruz tonqallarının qalanacağına əminliklərini ifadə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başlayıb...
03.04.2020
Xüsusi karantin rejimində şəxsi avtomobillərlə taksi xidməti dayandırılacaq
03.04.2020
Sığorta şirkəti COVİD-19-la bağlı işarət dilində videoçarx hazırladı
02.04.2020
Vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndərəcək
02.04.2020
Məleykə Abbaszadə abituriyent, müəllim və valideynlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info