“Suriya müxalifətini kimlərin təmsil edəcəyi məlum deyil”
Tarix: 01.10.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


“Suriya müxalifətinin ağlı başında olan nümayəndələrini tezliklə danışıqlar masasına oturtmaq lazımdır. Çünki Cenevrə-2 konfransının keçirilməsinin vaxtının uzanması ekstremistlərin əlinə oynayır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada İslam Əməkdaşlıq Təşkilatının baş katibi İkmələddin İhsanoğlu ilə birgə keçirdiyi brifinqdə deyib. O bildirib ki, hazırda əsas vəzifə daha çox vaxt itirmədən ağlı başında olan müxalifət nümayəndələrini danışıqlar masasına oturtmaqdan ibarətdir: “Ağlı başında olan müxalifət nümayəndələri deyəndə, Suriyanın ərazisində xilafət yaratmaq haqqında fikirləşməyən, hakimiyyəti sadəcə ələ keçirib daha sonra bu hakimiyyətdən öz istəyinə görə istifadə etməyi fikirləşməyənləri nəzərdə tuturam. Həmin müxalifət nümayəndələri öz ölkələrinin taleyi, ərazi bütövlüyünün qorunub saxlanılması və bütün etnik-dini qrupların təhlükəsiz və dinc şəraitdə yaşaması barədə düşünürlər. Ümid edirəm ki, müxalifət tərəfindən belə məsuliyyətli xadimlər tapılacaq. İstisna etmirəm ki, silahlı müxalifətin ekstremist çıxışları və terrorçu baxışları olmasa, o, daha yaxşı təqdim oluna bilər. Bunu hətta Bəşər Əsəd də demişdi”. Rusiya XİN başçısı xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə görə, Suriya konfliktinin tərəflərini Cenevrə - 2 konfransında bütün Suriya ictimaiyyəti təmsil etməlidir. S. Lavrov hal-hazırda Suriya müxalifətini Cenevrə-2 konfransında kimlərin təmsil edəcəyinin məlum olmadığını da söyləyib: “Konfransın noyabrın ortalarına qədər keçiriləcəyi alınacaqmı, bunu bilmirəm”.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info