Avropada təhsil alan və yaşayan gənclərimizdən İlham Əliyevə dəstək çağırışı
Tarix: 01.10.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Serbiya, Xorvatiya, Rumıniya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro və Makedoniyada təhsil alan, çalışan və yaşayan azərbaycanlı gənclər oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı Avropa və dünya Azərbaycan gənclərinə müraciət ediblər.
Müraciətdə bildirilir ki, 9 oktyabr 2013-cü il müasir Azərbaycan xalqının tarixində böyük əhəmiyyətə malik gündür. Gəncindən yaşlısına qədər hər kəs müstəqil Azərbaycanın Prezidentini seçmək üçün səsvermə məntəqələrinə üz tutacaq. Qeyd olunur ki, uzun illərdir ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik xalqımızın rifahında, onun əmin-amanlığında vacib rola malikdir. Demokratik hüquqi dövlət quruculuğu da məhz bu münbit şəraitdən qidalanır və sürətlə inkişaf edir. Bu gün demokratik dəyərlər hər bir mütərəqqi cəmiyyətdə olduğu kimi, Azərbaycan cəmiyyətinin də inkişafının özəyini təşkil edir. Bu istiqamətdə əldə edilmiş hər bir nailiyyətin əsasında dövlətin xalqın mənafeyinə söykənən iradəsi və qətiyyətli siyasəti dayanır: “Azərbaycanın müstəqil xarici siyasəti dövlətimizə, eləcə də ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimizə başucalığı gətirən uğurdur. Azərbaycan yerləşdiyi bölgədə supergüclərin maraqlarının toqquşduğu və müxtəlif iddiaların hədəfinə çevrilən ölkə olmasına baxmayaraq, ağıllı, uzaqgörən və cəsarətli xarici siyasət yürüdür. Azərbaycanın xarici ölkələrə münasibətdə siyasəti onların miqyasca böyüklüyü və ya kiçikliyi deyil, qarşılıqlı maraqlar və bərabər hüquqlar üzərində həyata keçirilir”. Müraciətdə deyilir ki, Azərbaycan bu illər ərzində özünü Avropa və Avro-atlantik strukturlara etibarlı tərəfdaş kimi isbat etdi. TANAP və Trans-Adriatik qaz kəməri kimi iri strateji regional layihələrə imza atmaqla ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatçısı olma yolunda əməli addımlar atdı. Dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan hakimiyyəti gənclərin bilik və bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə səriştəli kadr və rnütəxəssis ordusunun yetişməsini, bir sözlə, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Uğurla aparılan gənclər siyasətinin müsbət nəticələri göz önündədir. Dövlət başçısı son illər ərzində gənclərlə çoxsaylı görüşlər keçirib, onların təkliflərini, fikirlərini dinləyib, öz tövsiyələrini verib və gəncliyimizə tam dəstək verdiyini bir daha təsdiqləyib. Müraciətdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövründə xalqımızın tarixinin, mədəni irsinin, adət-ənənələrinin qorunub saxlanması və dünyada geniş təbliğ olunması istiqamətində böyük işlər görülüb: "Biz - Balkan regionunda yaşayan azərbaycanlı gənclər son illərdə dövlətimizin əldə etdiyi nailiyyətləri nəzərə alaraq, öz həmvətənlilərimizi müstəqil dövlətçilik ənənələrini uca tutaraq, Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratik-hüquqi dövlət quruculuğu sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş islahatların davamlı olaraq həyata keçirilməsinə əməli işlərlə töhfə verməyə; Azərbaycanın bundan sonra da inamla irəliləməsinə dəstək olmağa, bu məqsədlə bütün qüvvə və bacarıqlarını səfərbər etməyə; soydaşlarımız arasında milli birliyin, həmrəyliyin gücləndirilməsini, vətənpərvərlik və milli-mənəvi dəyərləri aşılamağı, sosial, mədəni, təhsil və digər ictimai-faydalı işlərlə xalqımızın şanını və bayrağımızı yüksəklərə qaldırmağa; Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə Ali Baş Komandanımızın əmrini gözləyən və Ermənistan ordusu tərəfindən işğal edilən doğma torpaqlarımızı hər an azad etməyə hazır əsgər olmağa; Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsi naminə, öz əməli işi ilə xalqımızın etimadını və dəstəyini qazanmış layiqli övladı - fəaliyyəti və vədlərinə əməl etməklə hər birimizin Prezidenti olduğunu xalqına və dünyaya sübut edən, ölkəmizdə sabitliyin, əmin-amanlığın saxlanılmasının, bıı günə qədər əldə olunmuş nailiyyətlərin davamlı olmasının təminatçısı İlham Heydər oğlu Əliyevin namizədliyini qarşıdan gələn prezident seçkilərində dəstəkləməyə çağırırıq". Müraciətdə deyilir ki, bu gün dövlətimizin və xalqımızın bizim hər birimizin bilik və bacarığına, dəstəyinə və gücünə çox böyük ehtiyacı var. Xalqımızın və Prezidentimizin Azərbaycan gənclərinə inamını, etibarını, ümidlərini və etimadını doğrultmaq zamanıdır: "Vətənini, dövlətini və torpağını sevən hər bir azərbaycanlımıza dərin hörmət və ehtiramımızı bildirir, prezidentimizə və xalqımıza haqq və ədalət yolunda mübarizədə böyük Allahın yardımını diləyirik!". Müraciəti 162 nəfər qəbul edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Bu il Azərbaycanda 2454 əkiz, 72 üçəm, 4 dördəm doğulub
19.11.2019
Havanın temperaturu 5-8 dərəcə enəcək, yağış, qar yağacaq
19.11.2019
24 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulmasına 5 milyon manat ayrılıb
19.11.2019
Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19.11.2019
“Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info