Koronavirus məhdudiyyəti rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir
Tarix: 19.03.2020 | Saat: 13:36:00 | E-mail | Çapa göndər


Dünyanın ÜDM-nin əksəriyyətinin formalaşdığı ölkələrdə insanlar karantin altında qalmağa məcburdurlar, bu da onların ənənəvi, eləcə də biznes fəaliyyətlərini davam etdirməyə imkan vermir. Azərbaycan bu insanlara öz işlərini məsafədən görmək və idarə etmək imkanı yaratmaqla bu problemə real həll yolu təklif edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirir ki, Azərbaycan dünyada Mobil Rezidentlik (bundan sonra m-Rezidentlik) təqdim edən iki ölkədən biridir. Rəqəmsal Ticarət Qovşağı vasitəsilə təqdim edilən m-Rezidentlik istənilən şəxsə olduqları yerdən bir çox elektron xidmətlərdən yararlanmaq imkanı verən dövlət-özəl tərəfdaşlığı layihəsidir. Proqram dünyanın istənilən yerindən Azərbaycanda şirkət və bank hesabı açmaq, ünvan və köməkçi təyin etmək, işə rəsmi olaraq əməkdaşlar cəlb etmək, vergi güzəştlərindən yararlanmaq və bir çox digər imkanları təqdim edir.
Hal-hazırda ölkəmizdə və dünyada biznesə və turizmə böyük zərbə vuran koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlər dövründə, bu xidmətin nə dərəcədə önəmli olduğunu qeyd etmək lazımdır. Mobil Rezidentlik proqramı həm qeyd edilən pandemiya, həm də neft qiymətlərinin kəskin düşməsi fonunda xarici investisiyanın ölkəmizə axınında yaranabiləcək durğunluğun antidotudur.
Rəqəmsal Ticarət Qovşağı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının gücləndirilməsi ilə bağlı” Fərmanı əsasında təsis edilib.
Qovşaq fəaliyyət dövrü ərzində ən müasir, təhlükəsiz və sürətli texnologiyaların tətbiqi ilə həm rezident həm də qeyri-rezident şəxslərə müxtəlif rəqəmsal həllər təqdim edir. Bu xidmətlər arasında dünyada Estoniyadan sonra ilk dəfə elektron və rezidentlik xidməti xüsusi əhəmiyyət kəsb edir.
Elektron və mobil rezidentlik üçün artıq bir çox ölkələrdən müraciətlər edilib. Bu ölkələr arasında Rusiya, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Yunanıstan, Belçika, Fransa, Almaniya, İspaniya, Hindistan, Pakistan və digər ölkələr yer alıb. Bu da proqrama həqiqətən də dünyanın bir çox nöqtəsindən maraq cəlb etdiyini bizlərə sübut edir. Müraciətlərin sayında artım tempi davamlı olaraq müşahidə edilir.
Qovşaq meneceri N.Əsədli bildirir ki, bugünkü xoşagəlməz hallar, pandemiya, dünyada yaşanan iqtisadi durğunluq və neft qiymətlərinin kəskin ucuzlaşması dövründə mobil rezidentlik xidmətinə və ümumiyyətlə rəqəmsal ticarət qovşağının digər xidmətlərinə tələbin daha da artacağı istisna edilmir. Bu məqsədlə, Fərmanın tələblərinin daha koordinasiyalı və səmərəli həyata keçirilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu yaradılıb.
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu - Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirmək üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır.
Nicat Əsədli əlavə edib ki, Mobil Rezidentlik əldə edən əcnəbilər, eləcə də xaricdə yaşayan həmyerlilərimiz İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu digər layihələrdən də məhdudiyyətsiz yararlana bilərlər. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunub. Xarici biznes tərəfdaşları heç bir məhdudiyyət yaşamadan, onlayn şəkildə Azərbaycan məhsullarına sifarişlərini verə bilər, nəqliyyat - logistika xidmətlərindən yararlana bilərlər.
EnterpriseAzerbaijan portalı da onlayn şəkildə innovativ layihələrin yerləşdirliməsi, onların investorlara təqdim edilməsi və maliyyələşməsi üçün əlverişli platformadır.
Beləliklə, koronavirus pandemiyasının yaratdığı məhdudiyyət rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
06.04.2020
“Tehranda koronavirusa yoluxma sayı artsa, vəziyyət nəzarətdən çıxacaq”
06.04.2020
“COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb“
05.04.2020
“Bizim ölkənin koronavirusla mübarizədə atdığı addımlar qonşu və yaxın ölkələrdə təkrarlanmaqdadır“
05.04.2020
“Tədbirlər planı həm məşğul, həm də işləməyən vətəndaşlarımızın sosial təminatına hesablanıb“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info