Ukrayna Praktiki Siyasət İnstitutu: “Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər”
Tarix: 01.10.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


“Bunu onun opponentləri də etiraf etməyə məcburdurlar”

“Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər və bunu onun opponentləri də etiraf etməyə məcburdurlar”. Ukrayna Praktiki Siyasət İnstitutunun Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin "Azərbaycan: sistemli modernləşmə və siyasi seçim" adlı analitik məruzəsinin müəllifləri belə hesab edirlər. Məruzədə bildirilir ki, Azərbaycan prezident seçkiləri mərhələsinə qədəm qoyur: "2003 və 2008-ci illərdəki prezident seçkilərindən fərqli olaraq, indiki seçkilər "günün qaydası", yəni ölkənin transformasiyasının müəyyənləşdirilməsidir.

Azərbaycan keyfiyyətcə yeni mərhələyə keçid dövrünü başa vurur. Burada demokratik islahatlar dönməzdir, siyasi sistemin təkamülü isə ölkə qarşısında dayanan ümumi çağırışlara daha adekvat cavabdır. Bununla əlaqədar olaraq, Azərbaycanda siyasi mühitin "sınaq" ölçülərini və vəziyyətin inkişaf istiqamətlərini müəyyənləşdirmək vacibdir".
Məruzə müəllifləri qeyd edirlər ki, Azərbaycanın iqtisadi və siyasi modernləşmə təcrübəsinin unikallığı ondan ibarətdir ki, qonşularından fərqli olaraq, ölkə davamlı model qurmağa nail oldu:
"Bunun sayəsində qısa müddətdə dövləti sənayenin artım templəri, gəlirlərin və yaşayış keyfiyyətinin səviyyəsi üzrə liderlər sırasına çıxartmaq mümkün oldu". Məruzədə deyilir ki, Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycanın inkişafının indiki siyasi-hüquqi modelinin formalaşması 1990-ci illərin ortaları - 2000-ci illərin əvvəlindən etibarən siyasi təlatüm və vətəndaş qarşıdurması olmadan təkamül yolu ilə baş verdi. Müəlliflərin sözlərinə görə, Azərbaycan qonşularından daha tez öz hüquqi sisteminin modernləşdirilməsinə başlayıb: "Bununla da demokratik azadlıqlar sahəsində gələcəkdə addım-addım iş görmək üçün bazis yaradıb". Məruzədə bildirilir ki, ölkə rəhbərliyi Azərbaycanın siyasi-hüquqi və iqtisadi modelinin qurulmasında bazar münasibətlərinə əsaslanıb və özünüinkişaf qabiliyyətinə malik yetərli iqtisadiyyatın formalaşdırılmasının təmin edilməsinə əsas yer verib".
Müəlliflərin sözlərinə görə, aydındır ki, demokratik tranzit şəraitində prezident respublikası vətəndaşların ölkənin idarə olunmasına cəlb edilməsi üzrə əlavə mexanizmlərə ehtiyac duyur: "Birbaşa demokratiya və ya referendumlar bu məsələni həll edə bilməz. Buna görə də "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulub ki, ölkədə siyasi proses aşağıdakı istiqamətlər üzrə inkişaf edəcək: antikorrupsiya siyasətinin fəallaşdırılması, institusional potensialın gücləndirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun yenidən formalaşdırılması, onların işində şəffaflıq və aşkarlıq prinsiplərinin əldə rəhbər tutulması, məhkəmə infrastrukturunun təkmilləşdirilməsi, vətəndaşların dövlətin yaydığı məlumatlara çıxış imkanlarının artırılması və s." Azərbaycanda qarşıdakı prezident seçkiləri mövzusuna toxunan məruzə müəllifləri yazırlar ki, İlham Əliyevin 3-cü prezidentlik müddətinə iddia etməsinə baxmayaraq, ekspertlərin əksəriyyəti keçmiş sovet məkanı üçün ənənəvi olan "seçki yorğunluğu" sindromunu qeyd etmirlər: "Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər və bunu onun opponentləri də etiraf etməyə məcburdurlar".
Mərkəzin məruzəsində deyilir: "Müxalifət yaxşı dərk edir ki, onun zəifliyi "köhnə" liderlərdə və partiya funksionerləri arasında yeni simaların olmamasındadır. Yeni kadrların cəlb edilməsi təkcə Azərbaycanın indiki siyasi sistemində partiyaların rolunun azalması ilə deyil, həm də müxalif partiyaların öz liderlərinin iddiaları əsasında "tumurcuqlama" yolu ilə "bölünmə"yə davam etməsi ilə zəifləyib. Azərbaycan müxalifətinin kiçik partiyalılığı onların liderlərinin siyasi prosesdə öz yerlərini həddən artıq qiymətləndirməsinin nəticəsidir".
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
«Məxməri inqilab»dan məyus olanlar Ermənistanı tərk edir
14.11.2019
Müxalifətin “mühacir biznesi” iflasa uğrayır
06.11.2019
Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
01.11.2019
Rus qazının qiymətinin artırılacağı erməniləri qorxuya salıb
31.10.2019
“Əkiləcək 650 min ağacın gələcək taleyini izləmək üçün nəzarət funksiyası həyata keçirilməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info