“Prezident tibb işçilərinə verdiyi dəyər ilə yeni sosial qayğı nümunəsi göstərdi”
Tarix: 19.03.2020 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Leyla Həsənova: “Vətəndaşlar görürlər ki, ölkədə aparılan ciddi tədbirlər yalnız virusun yayılmamasına hesablanmayıb, həm də paralel olaraq bu istiqamətdə çalışan, canını qoyan tibb işçiləri də diqqətdə saxlanılır”


Yeni növ koronavirus infeksiyasının(COVİD-19) bütün dünyada sürətlə yayılması bəşəriyyəti bir çox təhlükə və faciələrlə üz-üzə qoyub. Ayrı-ayrı ölkələrdə ölü sayı yüzlərlə hətta minlərlə olan bu faciəvi durumun daha da genişlənməsinin başlıca səbəbi isə bu dövlətlərin virusun Çində sürətlə yayılmağa başlandığı ilk gündən məsələni ciddiliyə almaması, öz vətəndaşlarını sosial izolyasiya etməməsidir. Azərbaycanda isə vəziyyət tam fərqlidir, ilk gündən atılan operativ addımlar, hökumətin məsələyə məsuliyyətlə yanaşması ölkəmizdə infeksiyanın ayaq açıb genişlənməməsinə səbəb oldu. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasından sonra ölkədə virusla bağlı vəziyyətə ciddi nəzarət olunur, ardıcıl profilaktik tədbirlər həyata keçirilir. Həmin tədbirlər davamlıdır və nəinki sərhədlərdə ciddi nəzarət mexanizminin qurulması, dezinfeksiya işləri, sosial izolyasiya qərarı, bir sıra digər humanitar addımlar da vətəndaşların sağlamlığının və əməyinin dəyərləndirildiyini göstərdi. Məsələn, Prezidentin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamı buna əyani misal ola bilər. Bu sərəncam cəmiyyətimizdə də müsbət qarşılandı, tibb işçiləri ölkə başçısının belə həssas məqamda var gücü ilə çalışan tibb işçilərinin əməyini dəyərləndirməsini təqdir edirlər.

“Tibb işçilərinin maaşlarına 3-5 mislinədək əlavələrin müəyyən edilməsini yalnız bu sahədə çalışanlar deyil, bütün cəmiyyət alqışlayır”

“Palitra”ya açıqlama verən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Sosial məsələlər üzrə komissiyasının üzvü, “Azərbaycan Dövlət Dəmir Yolları” QSC “Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmir yolu xəstəxanası”nın həkimi Leyla Həsənova bildirdi ki, hazırkı situasiyada həkimlərin fədakarlığınn layiqincə qiymətləndirilməsini onların qarşıdakı günlərdə də öz fəaliyyətlərində daha da uğurlu olması üçün motivasiya verəcəyini söylədi: “Bildiyiniz kimi tibb işi, həkimlərin məşğul olduqları sahə yaradıcı sahə deyil, sosial xidmət və dövlətin, xalqın güclü olması üçün vacib olan çox həssas bir istiqamətdir. Bu istiqaməti seçib hazırda həyatını riskə ataraq, belə deyək - canını tibbə qoyan həkimlər və digər işçilərin əməyinin qiymətləndirilməsi çox müsbət addımdır. Bu aralar onların üzərinə daha çox yük və məsuliyyət düşür. Tibb işçilərinin maaşlarına 3-5 mislinədək əlavələrin müəyyən edilməsini yalnız bu sahədə çalışanlar deyil, bütün cəmiyyət alqışlayır. Çünki vətəndaşlar görürlər ki, ölkədə aparılan ciddi tədbirlər yalnız virusun yayılmamasına hesablanmayıb, həm də paralel olaraq bu istiqamətdə çalışan, canını qoyan insanlarımız da diqqətdə saxlanılır. Prezident tibb işçilərinə verdiyi bu dəyər ilə yeni sosial qayğı nümunəsi göstərdi”.

“Uşaqdan böyüyəcən hər kəs öz gigiyenasına diqqət etməlidir. Fərqi yoxdur sənin immunitetin güclüdür ya yox, hər bir vətəndaşımız bu aralar ictimai yerlərdən maksimum uzaq durmalıdır. Hətta mən deyərdim ki, çətin olsa belə, bayram günlərində qohum-əqrəba ilə gediş gəlişi də müvəqqəti olaraq dayandırsınlar”

Leyla Həsənova onu da vurğuladı ki, Azərbaycan hökumətinin vaxtında ciddi və lazımi qərarlar verərək sərhəd-keçid məntəqələrində nəzarəti gücləndirməsi, dezinfeksiya işlərinin genişləndirilməsi və təhsillə bağlı məlum qərarlar, eləcə də digər sosial izolyasiya tədbirlərinin müsbət nəticələrini virus bütün dünyada yox olandan sonra hiss edəcəyik: “Həqiqətən də inkişaf etmiş, səhiyyəsi daim təriflənən dünya ölkələrinin bu gün bu virusun əlində aciz qalmasının şahidi oluruq. Çünki həm dövlətlər bu cür situasiyaya hazır deyildilər, həm də qısa zamanda öz cəmiyyətlərini, vətəndaşlarını müvəqqəti ağır və çətin situasiyaya hazırlaya bilmədilər. Bizim insanlarımız doğrudan da öz dövlətinə daim inanırlar və verilən istənilən qərarı - ağır izolyasiya tədbirləri olsa belə, bundan sonra da ona əməl etməyə hazırdırlar. Çünki həkimlərin daim öz xəstələrinə etdikləri tövsiyələrinin başında gələn gigiyena qaydalarına əməl edib verilən tapşırıq, tövsiyələrə məsuliyyətlə yanaşmalarını indi kütləvi şəkildə hökumətimiz xalqımız üçün edir. Düşünürəm ki, insanlarımız üçün bu tövsiyə və izolyasiya qərarları ciddi narahatlıqlar yaratmaz. Çünki bütün bu operativ, vaxtında atılan qərarların nəticəsidir ki, bizdə infeksiyanın yayılması təhlükəsi xeyli aşağı düşüb. Konkret olaraq mənim tövsiyələrimə gəldikdə isə qeyd etdiyim kimi artıq dəfələrlə insanlarımıza aidiyyəti qurumlar tərəfindən edilmiş çağırış və məsləhətlərə uyğun olaraq uşaqdan böyüyəcən hər kəs öz gigiyenasına diqqət etməlidir. Fərqi yoxdur sənin immunitetin güclüdür ya yox, hər bir vətəndaşımız bu aralar ictimai yerlərdən maksimum uzaq durmalıdır. Hətta mən deyərdim ki, çətin olsa belə, bayram günlərində qohum-əqrəba ilə gediş gəlişi də müvəqqəti olaraq dayandırsınlar. Yəni, məsələyə ciddi yanaşmaq lazımdır, heç bir mental dəyər, adətimiz artıq fərdi yox, milli səviyyədə olan sağlamlıq təhlükəsizliyimizə olan ciddi təhdiddən öndə deyil. Zatən vəziyyət nəzarət altındadır və bu cür müvəqqəti çətinlikləri təbii qəbul edib panikaya da yol verməməliyik. Sadəcə olaraq tez-tez təhlükənin hələ də real və risklərin olduğunu xatırlatmalıyıq ki, insanlarımız da məsuliyyətli davransınlar. Son olaraq bir daha qeyd edim ki, Prezidentin məlum sərəncamını ürəkdən alqışlayıram və bu aralar dövlətin atdığı məlum addımları da təqdir edirəm. Çünki hansı ölkələr ki səmərəli qabaqlayıcı tədbirlər gördülər, orada vəziyyət nisbətən daha qənaətbəxş oldu. Azərbaycan da belə operativ davranan ölkələrdən oldu deyə hazırda bizim ölkədə virusla bağlı vəziyyət nəzarət altındadır.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
Lənkəran Dövlət Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
31.10.2020
Dağlıq Qarabağa həyat qayıdacaq!
31.10.2020
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
30.10.2020
Rusiyanın Zabaykal vilayətindən Azərbaycan Orudusuna dəstək
30.10.2020
Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info