Millət vəkili Azər Badamov: “Dövlət həkimlərin fədakarlığını layiqincə qiymətləndirdi”
Tarix: 19.03.2020 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


“Tibb işçilərinin əməkhaqlarının artırılması ölkə başçısının siyasətinin əsasında Azərbaycan vətəndaşının sağlamlığının dayandığını bir daha göstərdi”


Bu gün dünyada yeni növ koronavirusun (COVİD-19) yayılma ehtimalı getdikcə artır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 200 min nəfəri ötdüyünü elan edib. Bu barədə məlumat verən təşkilatın baş direktoru Tedros Gebreyesus Cenevrə şəhərində keçirilən brifinqdə koronavirus infeksiyasını “bəşəriyyətin düşməni“ adlandırıb və indiyədək səkkiz mindən çox insanın virusla əlaqədar həyatını itirdiyini qeyd edib. Bu virusun geniş şəkildə yayılması ilə bağlı bir çox ölkələr fövqəladə tədbirlər həyata keçirir, o cümlədən hava uçuşlarını dayandırılır, sərhədləri bağlayırlar. Hazırda xəstəliyin müalicəsi yoxdur, hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Bu gün bəzi ölkələr qabaqlayıcı tədbirlər həyata keçirmədiklərindən həmin ölkələrdə virus daha çox yayılmaqdadır. Hansı ölkələr ki, səmərəli qabaqlayıcı tədbirlər görürlər, orada vəziyyət nisbətən daha qənaətbəxşdir. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının saytında qurumun missiyasının Azərbaycana səfəri barədə məlumat verilir və ölkəmizin koronavirsusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, ÜST-lə əməkdaşlığı təqdir olunur.
Azərbaycan hökuməti qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verir və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb. Azərbaycanda öz növbəsində bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir və bu baxımdan hətta bir çox ölkələri qabaqlayır. Əhalinin məlumatlandırılması ilə bağlı müvafiq işlər görülür. NK yanında operativ qərargah gündə bir neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir.
Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlərdə müxtəlif dövlət qurumları birgə, səmərəli fəaliyyət göstərirlər. Bu günlərdə ölkə başçısı yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulub.
Ölkədə koronovirus infeksiyasına qarşı dövlət tərəfindən həyata keçirilən ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Millət vəkili Azər Badamov “Palitra”ya bildirdi ki, korona virus bütün dünyanı bürüyüb və hamını narahat edən bir nömrəli problemə çevrilib: “Dünyanın inkişaf etmiş, böyük iqtisadiyyatlara malik ölkələri bu bəla ilə mübarizədə aciz vəziyyətə düşüb. Ölkəmizdə isə dövlət başçısının tapşırıqları ilə bu qlobal bəlaya qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edilir, virusu müəyyən edən müasir laboratoriyalar gətirilib, lazımi qoruyucu vasitələr, dərman ehtiyatı , karantin müəssisələr yaradılıb, Nazirlər Kabinetinin yanında Operativ Qərargah fəaliyyətə başlayıb. Görülən təxirəsalınmaz tədbirlərin göstəricisidir ki, Azərbaycan koronavirusun ölkəmizə təsiri minimumda saxlanılır”. Millət vəkilinin sözlərinə görə, koronavirusla mübarizə təkcə dövlətin yox, hər birimizin vəzifəsi olmalıdır və biz özümüzü bu qara bəladan qorumaqla cəmiyyətimizi qorunmuş oluruq: “Dövlət bu işdə çox ciddi nəzarət həyata keçirir və düşünürəm ki, dünyanı narahat edən böyük problem ölkəmizdə insanların sağlamlığında problemlər yaratmadan yan keçəcək. Çünki dövlətimiz bu işlə ciddi məşğuldur”.
A.Badamov onu da bildirdi ki, bu mübarizə prosesində koronavirusa yoluxmuş insanların müayinə edilməsində, müalicəsində və karantin tədbirlərində öz həyatlarını riskə ataraq fədakarlıq göstərənlər tibb işçiləridir: “Tibb işçiləri koronavirusa yoluxmuş və karantina alınmış insanların sağlamlığının keşiyində gecə - gündüz çalışırlar. Biz həkimlərin və tibb işçilərin əməyini daha da çox dəyərləndirməli və onlara can sağlığı arzulamalıyıq”.
Millət vəkili qeyd etdi ki, tibb işçilərinin bu ağır əməyi dövlət başçısı tərəfindən yüksək dəyərləndirilərək əmək haqlarının müəyyən olunmuş müddətdə 3-5 dəfə artırılması ilə bağlı sərəncam imzalanıb: “Prezidentin koronavirusla mübarizə aparan tibb personalına göstərdiyi bu yüksək diqqəti ölkə ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə dəyərləndirilir. Dövlət həkimlərin fədakarlığını layiqincə qiymətləndirdi. Koronavirusa qarşı aparılan sosial izolyasiya tədbirləri, dövlət tərəfindən atılan ciddi addımlar və tibb işçilərinin əmək haqlarının artırılması ölkə başçısının siyasətinin əsasında Azərbaycan vətəndaşının sağlamlığının dayandığını bir daha göstərdi”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
“Onsuz da çətin vəziyyətdəyik“
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”
03.06.2020
Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın
03.06.2020
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info