Azərbaycanda son illərdə medianın inkişafı üçün ciddi addımlar atılır
Tarix: 01.10.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Müşfiq Ələsgərli: “Media işçilərinə heç bir təmənna olmadan mənzillər paylanılması dünyada analoqu olmayan hadisədir”

Aydın Quliyev: “Mətbuatla bağlı dövlət siyasəti indiki formada davam etsə, İlham Əliyev 2014-cü ildə də jurnalistlərin dostu seçilə bilər”


Ölkə başçısı İlham Əliyev son illərdə Kütləvi İnformasiya Vasitələrinin(KİV) inkişafı istiqamətində önəmli addımlar atıb və bu siyasət davam edir. Prezidentin mətbuatı və ümumilikdə media işçilərini daim diqqətdə saxlaması isə KİV nümayəndələri tərəfindən daim təqdirəlayiq hal kimi qiymətləndirilir.
Bu səbəbdəndir ki, Prezident İlham Əliyev artıq bir neçə dəfə jurnalistlərin dostu seçilib. Belə sorğulardan biri isə bu günlərdə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) təşkilatçılığı ilə təşkil olundu. Sözügedən təşkilatın sorğusunda Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsi ictimaiyyət və media işçiləri tərəfindən də yüksək qiymətləndirilir. Çünki bu günə qədər mətbuatın inkişafı üçün atılan addımlar, KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması və həmin fond vasitəsilə maliyyələşdirilən, həyata keçirilən layihələr, bu layihələrin medianın inkişafına verdiyi töhfələr, eyni zamanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar, onlar üçün təmənnasız olaraq mənzillərin inşa edilməsi və paylanılması, bu işin davam etdirilməsi belə bir addımın atılması üçün tamamilə əsas verirdi.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli “Palitra”ya verdiyi açıqlamada dövlət başçısının mətbuata göstərdiyi diqqət və qayğının ilbəil artdığını söylədi. O, qeyd etdi ki, sorğuda əslində fərqli bir yanaşma olsa idi, təəccüblü olardı: ""RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuda mənim rəhbərlik etdiyim təşkilat - yəni, Jurnalistlərin Həmkarlar İttifaqı da iştirak etdi. Açıq şəkildə deyə bilərəm ki, biz də hazırda Prezident olan İlham Əliyevə səs verdik. Hesab edirik ki, hazırda jurnalistlərin dostu nominasiyasını almaq üçün layiqli şəxs indiki dövlət başçısı İlham Əliyevdir. Seçimimiz də təsadüfi olmayıb. Azərbaycanda son illərdə medianın inkişafı üçün doğrudan da çox ciddi addımlar atılır. Bunlar elə tədbirlərdir ki, nəinki Azərbaycanla qonşuluqda olan ölkələrdə belə addımlar atılmır, hətta Avropa dövlətlərində görülən tədbirlərlə müqayisə oluna biləcək işlərdir. Burada KİV-in qanunvericiliyinin təkmilləşdirilməsi, internetin inkişafı və jurnalistlərin sosial vəziyytinin yaxşılaşdırılması istiqamətində atılan addımları qeyd etmək olar. Təbii ki, bu addımlar hazırkı Prezident İlham Əliyevin zamanında atıldığı üçün bu cür mükafatları o, haqq edir. Amma eyni zamanda 2013-cü ildə jurnalistlərə mənzillərin verilməsini də unutmamalıyıq. Media işçilərinə qarşılıqsız, heç bir təmənna olmadan mənzillər paylanıldı. Bu isə ümumiyyətlə, dünyada analoqu olmayan bir hadisədir. Təkcə bu faktorun özü kifayətdir ki, İlham Əliyev jurnalistlərin dostu nominasiyasının qalibi kimi fərqləndirilsin. O, nəinki hazır binaların açarlarını jurnalistlərə təhvil verdi, eyni zamanda növbəti binaların da tikilib təhvil verilməsi üçün sərəncam verdi. Bu istiqamətdə artıq işlər də görülməyə başlanılıb. Bu isə təkcə Azərbaycan və regionda deyil, dünyada analoqu olmayan bir tədbirdir. Bunu Prezidentin jurnalistlərə olan diqqət və qayğısının nəticəsi kimi də şərh edə bilərəm. Addımlar çoxdur və bunları sadalamaqla bitirmək olmaz. Hesab edirəm ki, bu sorğuda ən layiqli namizədə mükafat verildi və düzgün seçim oldu”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də bizə açıqlamasında bu seçimin təqdirəlayiq hal olduğunu söylədi. O, ölkədə KİV-in inkişafına dair görülən işlərin göz önündə olduğunu da vurğuladı: “Bu seçim mənim üçün gözlənilməz olmadı. Hətta "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi sorğu ilə bağlı vərəqələri redaksiyalara paylayıb bu prosesə start verəndə düşündüm ki, jurnalistlərin seçimi birmənalı olaraq İlham Əliyev olacaq. Çünki 2013-cü ildə Prezident mətbuatla bağlı çox əhəmiyyətli addımlar atdı. Buna əvvəlki illərdə mətbuatla bağlı qəbul olunmuş qərarlara uyğun olaraq həyata keçirilən işlərin sistemli davam etdirilməsini də misal göstərə bilərik. Mətbuatla əlaqədar ciddi tədbirlər görülüb və bənzəri olmayan bir addım atıldı ki, bu da jurnalistlərə evlərin verilməsi oldu. İmkansız jurnalistlərə də xüsusi qayğı göstərilib ki, buna misal olaraq Nicat Dağların müalicəyə göndərilməsini göstərmək olar. Eləcə də Azərbaycan mətbuatı ilə bağlı beynəlxalq miqyasda və daxildə də müəyyən işlər görülüb. Düşünürəm ki, jurnalistlər bu cür seçim etməklə düzgün addım atdılar və ölkə başçısı bu seçimə layiqdir. Əgər mətbuatla bağlı dövlətin siyasəti indiki formada davam etsə, İlham Əliyev hətta 2014-cü ildə də jurnalistlərin dostu seçilə bilər. Bu, tam obyektiv əsaslara malikdir. Jurnalistlərin çox böyük səs çoxluğu ilə qəbul etdiyi bu qərarı alqışlayıram”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info